Pirallahı rayonunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 24-cü ildönümü qeyd edildi
16 oktyabr 2015 | 10:00
Pirallahı rayonunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Pirallahı RİH məsul əməkdaşları, rayonun idarə, müəssisə, təşkilatlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Azərbaycanın dövlət himninin möhtəşəm sədaları ilə açıq elan edilən tədbirdə Pirallahı RİH başçısı Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Manaf Manafov Azərbaycan Respublikasinin dövlət müstəqilliyinin bərpası ilə əlaqədar geniş nitq söylədi. M.Manafov bu əlamətdar gün münasibəti ilə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov adından tədbir iştirakçılarını təbrik etdi, xoş arzularını çatdırdı. O, öz çıxışında bildirdi ki, XX əsrin mürəkkəb geosiyasi prosesləri fonunda ölkəmizin öz müstəqilliyini qoruyub saxlaması, cəmiyyətin ən müxtəlif təbəqələrinin mənafelərini ifadə edən dövlət idarəetmə sisteminin yaradılması Heydər Əliyevin adı ilə bağlıdır. Onun qurduğu müstəqil Azərbaycan dövləti dünyanın ən qüdrətli ölkələrinin strateji müttəfiqi kimi regionda cərəyan edən proseslərin mərkəzində dayanır.
Qeyd edildi ki, əsası Ulu Öndər tərəfindən qoyulan Azərbaycanın müasir dövlətçilik təməli onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hal-hazırda uğurla inkişaf etdirilir, möhkəmləndirilir. Artıq Azərbaycan dövləti regionun istər iqtisadi, istər siyasi və hərbi cəhətdən qüdrətli bir dövlətinə çevrilmişdir. Azərbaycanda siyasi sabitliyə və daxili çəkişmələrin aradan qaldırılmasına məhz Ümummilli Lider Heydər Əliyev nail oldu. Ulu öndər müstəqil dövlətimizin dünya ölkələri ilə diplomatik əlaqələr saxlamasına, regionda sülhün və təhlükəsizliyin yaradılmasına, qonşu Ermənistanın artmaqda olan təcavüzkar siyasətinin iç üzünü açaraq dünya ölkələrinə tanıdılmasına səy etməsi və buna nail olması artıq tarixi bir reallıqdır. Qonşu ölkələrlə, o cümlədən dünya ölkələri ilə balanslaşdırılmış siyasət aparılması, daxili potensial gücdən istifadə edərək hər cür təcavüzkar niyyətlərin həyata keçməməsi üçün kollektiv təhlükəsizlik və əməkdaşlıq haqqında müqavilələr imzalanmışdır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin prinsipial və ardıcıl xarici siyasəti Azərbaycan dövlətçiliyinin qorunmasında müstəsna əhəmiyyət kəsb edir. Dövlət idarəçiliyi sisteminə müasirlik çalarları gətirmiş Cənab İlham Əliyev hökumətin mütəmadi olaraq xalq qarşısında hesabat verməsini sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin mühüm şərti hesab etməklə yanaşı son illərdə Azərbaycanın davamlı, dönməz inkişaf yoluna çevrilmiş demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesinin keyfiyyətcə yeni mərhələsi kimi dəyərləndirilir. Müstəqil Azərbaycan siyasi-iqtisadi həyatın bütün sahələrində müvəffəqiyyətlə irəliləyir, gələcəkdə də daha möhkəm addımlarla irəliləyəcəkdir.
Gürgən qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Həsən Niftəliyevin və başqalarının çıxışlarında Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğu və Prezident İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilən məqsədyönlü və ən əsası dövlətin və xalqın maraqlarına söykənən siyasət nəticəsində reallaşdırıldığı xüsusi vurğulandı.
Tədbir rayon məktəblilərinin hazırladıqları bir-birindən maraqlı kompozisiyalarla və bayram konserti ilə davam etdirildi.