Hərbi hissədə əsgərlərlə görüş keçirildi
19 oktyabr 2015 | 10:00
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 29.03.2015-ci il tarixli 46-14-1770/16№ -li əmrinə əsasən Bakı şəhəri Pirallahı rayonu 231 №-li tam orta məktəbin müəllim-şagird kollektivi, Müdafiə Nazirliyinin əməkdaşı və Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndəsi " 18 Oktyabr Müstəqillik günü " ilə əlaqədar " N" saylı hərbi hissədə olmuşdur. Məktəbin şagird heyəti hərbi vətənpərvərlik məqsədi ilə zabit və əsgər heyəti ilə görüş keçirmiş, hərbi hissədə şəxsi heyət üçün yaradılmış təlim-tədris və məişət şəraiti ilə tanış olmuş və onlarla birlikdə hərbi marşı dinləmişdilər. Bu da təbii ki, şagirdlərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına yüksək təsir göstərəcəkdir.