Pirallahı rayonunda Dövlət Proqramları uğurla icra edilir
21 oktyabr 2015 | 10:00
2015-ci il oktyabr ayının 21-də Pirallahı rayon İcra Hakimiyyətində cari ilin doqquz ayı ərzində sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir. Hesabat məruzəsi ilə çıxış edən Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov qeyd etmişdir ki, oktyabr ayının 12-də Prezident İlham Əliyev cənablarının sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Dövlət Başçısı 2015-ci ilin 9 ayı ərzində Respublikamızın sosial-iqtisadi inkişaf dinamikasını müsbət qiymətləndirmişdir. Bütövlükdə respublikada bu ilin 9 ayında sosial-iqtisadi inkişafın uğurlu olduğunu, ölkəmizin inkişafı ilə bağlı inamlı addımlar atıldığını bildirən, bir sıra makro və mikro iqtisadi göstəriciləri sadalayan V.İmanov ölkə başçısı İlham Әliyev tərəfindən milli təhlükəsizlik naziri Eldar Mahmudovun tutduğu vəzifədən azad edilməsi və general Mədət Quliyevin Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin olunması haqqında iki mühüm sərəncam imzaladığını, Prezidentin təqdimatı ilə Milli Məclisin oktyabrın 20-də keçirilən iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun qəbul edilməsini, dövlət başçısının bu qərarının biznes mühitinin sağlamlaşdırılması, qeyri-neft sektorunun inkişafı baxımından mühüm əhəmiyyət kəsb etməsini vurğulamış, Pirallahı rayonunda ötən 9 ayda görülən işlərdən danışmışdır.
Bildirilmişdir ki, Dövlət Proqramına əsasən inşa edilən və Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirəcək körpünün 82 metrlik orta aşırımının dəmir-beton konstruksiyalarının 80 faizi artıq işlənmişdir. Rayonun Baş planının hazırlanması istiqamətində görülən işlər yekunlaşmış, Baş planın müxtəlif nazirlik və komitələrlə razılaşdırılması prosesi başa çatdırılmışdır.
Prezident İlham Əliyev cənablarının imzaladığı Fərmana əsasən “Yüksək Texnologiyalar Parkı” inşa olunacaq ərazidə tikinti işlərinin aparılması məqsədilə zəruri sənədləşmə aparılmışdır. Hazırda ərazidə layihəyə uyğun olaraq tikinti işlərinə başlanmış, ilk mərhələdə təsərrüfat məqsədilə istifadə olunacaq sərgi salonunun inşaat işləri tamamlanmışdır.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi üçün ayrılmış 2 hektar torpaq sahəsində 2.8 MW gücündə Günəş enerjisinə əsaslanan elektrik stansiyasının tikintisi yekunlaşaraq quraşdırma, sazlama işləri başa çatdırılmış və stansiya tam olaraq ümumi şəbəkəyə qoşulmuşdur. Agentliyə əlavə 5 ha torpaq sahəsinin ayrılması istiqamətində sənədləşmə işləri aparılır.
Dövlət Proqramına əsasən “Azərsu” ASC tərəfindən çəkilən Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəmərinin inşası uğurla davam etdirilir. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd 140 və 100 yerlik körpələr evi-uşaq bağçasının inşaat işləri davam etdirilir. Artıq 140 yerlik körpələr evi-uşaq bağçasında dam örtüyü vurulub, binanın daxilində tamamlama işlərinin 80 faizi yekunlaşmışdır. Eyni zamanda, Dövlət Proqramına əsasən reallaşan 168 №-li tam orta məktəbdə mövcud binadan əlavə 300 şagird yerlik 15 sinif otağı və idman zalı da daxil olmaqla yeni korpusun tikintisi yekunlaşaraq sentyabrın 15-də istifadəyə verilmişdir.
İnzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binasının və Heydər Əliyev Mərkəzinin tikintisi gedir. YAP Rayon Təşkilatı üçün tikilən yeni inzibati binanın birinci mərtəbəsinin inşası davam edir. S.Vurğun küçəsində Gənclər Əyləncə Mərkəzi üçün ayrılmış sahədə kommunikasiya xətləri inşaat sahəsindən kənarlaşdırılmışdır.
Rayon mərkəzində əsas yol boyunca 22 ədəd yaşayış binasının fasad hissələrinin təmiri sona çatmaqdadır. S.Vurğun küçəsində dairə formasında kompozisiya inşa edilmiş, üstündə zeytun ağacı əkilmiş, ətrafı yüzlərlə dekorativ güllə bəzədilmişdir. Yaxınlıqda yerləşən 10 və 4 nömrəli binalar əsaslı şəkildə təmir olunur, binaların fasadları milli ornamentlərlə bəzədilmişdir. Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca ümumi uzunluğu 1200 metr olmaqla yeni hasarlar inşa edilir, mövcud hasarlar isə əsaslı təmir olunur.
“Bakı-2015” I Avropa Oyunları ilə əlaqədar Pirallahı RİH Başçısı tərəfindən təsdiq edilmiş Tədbirlər Planının icrası tam təmin edilmiş, aparılan təbliğat işlərinin nəticəsi olaraq rayon ictimaiyyətinin nümayəndələri I Avropa Oyunlarının bütün növlər üzrə yarışlarında mütəmadi olaraq tamaşaçı qismində iştirak etmişlər.
Dövlət Proqramına uyğun olaraq, S.Bağırov küçəsində Çörək Kombinatının tikintisi başa çatdırılmışdır. Pirallahı rayonunda əhali və qeyri-əhali qrupunun mavi yanacaq, elektrik enerjisi, istiliklə fasiləsiz və təhlükəsiz şəkildə təmin edilməsi məqsədilə və payız-qış mövsümünə hazırlıqla əlaqədar təsərrüfatın yenilənməsi işləri davam etdirilir. Dübəndi sahəsində uzunluğu 600 metr olan 2 dövrəli kabel xətti çəkilmişdir. Gürgən qəsəbəsi İ.Məcidov küçəsində 23 ədəd kecə işıqlandırılması dirəyi təmir edilmişdir. Pirallahı adasının sənaye zonasında 6,4 ha sahədə “Abşeronneft” NQÇİ-nin “Rezervuarlar Parkı”nın tikintisində inşaat işləri yüksək templərlə davam etdirilir. Rayon sakinlərinə rabitə xidməti göstərən EATS-57-nin və 77 saylı Poçtun binası təmir edilmişdir. 19 sentyabr 2015-ci il tarixində Çilov adasında SOCAR prezidenti Rövnəq Abdullayevin iştirakı ilə müasir idman-sağlamlıq mərkəzi və istirahət kompleksinin açılış mərasimi olmuşdur. Bundan əlavə, Çilov qəsəbəsində yeni yataqxana kompleksi, ƏKS OSMOS qurğusu tikilmiş, su təminatının yaxşılaşdırılması, asfalt örtüyünün yenilənməsi, ekoloji sağlamlıq istiqamətində xeyli iş görülmüş, adada aptek açılmış, geniş yaşıllıq zolaqları salınmışdır. 16 saylı BŞX-nın əsaslı təmiri Dövlət Proqramında nəzərdə tutulmuşdur.
Rayonda həyata keçirilən ictimai-siyasi və ideoloji işin keyfiyyətinin yaxşılaşdırılması, ictimai təşkilatlar və dini qurumlarla qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi istiqamətində fəaliyyət gücləndirilmişdir. 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü, Xocalı soyqırımının 23-cü ildönümü, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü, Çernobıl faciəsinin 29-cu ildönümü, erməni təcavüzünə məruz qalmış rayonlarımızın işğal günləri ilə əlaqədar geniş rayon ictimaiyyətinin iştirakı ilə ümumrayon tədbirləri təşkil olunmuşdur. Novruz bayramı, Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademiki Zərifə xanım Əliyevanın xatirə günü, müasir Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ümumrayon Gül bayramı, 28 May – Respublika Günü, 15 iyun – Milli Qurtuluş Günü, 26 iyun – Silahlı Qüvvələr Günü, Ramazan və Qurban bayramları, 21 sentyabr - Beynəlxalq Sülh Günü, Pirallahı rayon müəllimlərinin konfransı, 15 sentyabr - Bilik günü, 20 Sentyabr - Neftçilər Günü Pirallahı rayonunda yüksək səviyyədə qeyd olunmuşdur.
Çıxışının sonunda Vasif İmanov rayonun perspektiv inkişafının da daim diqqət mərkəzində olduğunu, Prezident İlham Əliyev cənabları tərəfindən təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Pirallahı rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin yüksək səviyyədə təmin edildiyini vurğulamışdır.
Hesabat məruzəsi ətrafında müzakirələrdə iştirak edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri Yunus Musayev, “Azərsu” ASC Pirallahı rayon Sukanal İdarəsinin rəisi Əli Kərimov, Pirallahı bələdiyyəsinin sədri Elxan Zülfüqarov və digər çıxış edənlər 2015-ci ilin doqquz ayı ərzində Pirallahı RİH-in fəaliyyətinin qənaətbəxş hesab olunmasını təklif etdilər. Çıxışlar başa çatdıqdan sonra Pirallahı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuraya yeni üzvlərin qəbulu ilə bağlı məsələyə baxıldı və səsvermə yolu ilə Şuraya yeni üzvlər qəbul edildi. 2015-ci ilin doqquz ayı ərzində sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağının qərar layihəsi toplantı iştirakçılarının nəzərinə çatdırıldı və yekdilliklə qəbul edildi.