“Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirildi
23 oktyabr 2015 | 10:00
23 oktyabr 2015-ci il tarixində Pirallahı rayonunda yerləşən 186 №-li tam orta məktəbin akt zalında Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin, FHN-nin Bakı Regional Mərkəzinin əməkdaşları iştirak etdilər.
186 nömrəli tam orta məktəbin direktoru Arif Xankişiyev çıxış edərək, rayon ərazisində fəaliyyət göstərən təhsil ocaqlarında, dövlət müəssisələrində bu cür maarifləndirici tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti olduğunu, baş verə biləcək təbii fəlakət, yanğın və qazsızma hadisələri zamanı düzgün təxliyə, ətrafa civə dağıldıqda təhlükəsizliyin təmin edilməsi və s. məsələlərin hər kəs tərəfindən bilinməsinin vacibliyini diqqətə çatdırdı.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin əməkdaşları müəllim və şagirdlərə fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, məişətdə qaz cihazlarından istifadə zamanı və təhlükəsizliyin təmin edilməsi və bu kimi hallarda insanların necə davranmalı olduqları, hansı tədbirləri görmələri barədə ətraflı məlumat verdilər.
Daha sonra məktəbin həyətində əvvəlcədən müəyyən edilmiş təlim nöqtələrində nazirliyin ayrı-ayrı qurumlarının xilasedici, yanğınsöndürmə, radiasiyadan mühafizə, partlayıcı maddələrin aşkar olunması vasitələrinə baxış keçirildi. Fövqəladə hadisələr zamanı istifadə olunan xüsusi xilasetmə alət və avadanlıqlarının nümayişi, simulyasiya edilmiş partlayıcı qurğuların aşkar edilməsi və şərti yanğının söndürülməsi əməliyyatları şagirdlərin xüsusi marağına səbəb oldu.