Şriftin ölçüsü :

Saytın rəngi :

Fəaliyyət Proqramı uğurla həyata keçirilməkdədir

26 oktyabr 2015 | 11:00
   Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində hər il 20 oktyabr – 20 noyabr tarixlərində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin təşəbbüsü ilə respublikamızda “Uşaq Hüquqları aylığı” keçirilir. Aylığın keçirilməsində əsas məqsəd əhali və uşaqlar arasında maarifləndirmə, uşaqlara diqqətin artırılması, onların hüquqlarının həyata keçirilməsi mexanizminin daha da yaxşılaşdırılmasıdır.
Bu məqsədlə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun 2015-ci il 15 oktyabr tarixli 69 nömrəli Sərəncamına əsasən rayon ərazisində “Uşaq hüquqları aylığı” elan edilmişdir və rayonun təhsil və mədəniyyət ocaqlarında treninq-seminarların və maarifləndirmə tədbirlərin  keçirilməsi nəzərdə tutulmuşdur.
   26 oktyabr 2015-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin və Pirallahı Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Pirallahı qəsəbəsində yerləşən 243 nömrəli tam orta məktəbdə “Uşaq hüquqları” mövzusunda treninq-seminar keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin, Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları, müəllimlər və məktəblilər iştirak etdilər.
Tədbirdə Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Fəxrəddin Babayev bildirdi ki, treninq-seminarın keçirilməsində əsas məqsəd uşaqlar üçün aktual hesab edilən, onları maraqlandıran mövzuların müzakirəsi, uşaqlarda liderlik keyfiyyətlərinin artırılması, eləcə də uşaq iştirakçılığının təmin olunmasıdır.
    Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları son illərdə respublikada uşaq hüquqlarının təmin olunması istiqamətində bir sıra sosial, iqtisadi və hüquqi islahatlar həyata keçirildiyini, bu sahədə mühüm qanunvericilik aktları və dövlət proqramlarının qəbul edildiyini diqqətə çatdırdılar. Qeyd edildi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan Hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq məqsədilə Milli Fəaliyyət Proqramı”nda da əhalinin müxtəlif təbəqələrinin, o cümlədən insan hüquqlarının müdafiəsi ilə bağlı müddəalar öz əksini tapmış və uğurla həyata keçirilməkdədir.
    Treninq-seminarın sonunda tədbir iştirakçıları tərəfindən verilən suallar Pirallahı RİH və RPŞ əməkdaşları tərəfindən cavablandırıldı.
Keçidlər