Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda yerləşən N saylı hərbi hissədə “Açıq qapı” günü keçirilmişdir

27 oktyabr 2015 | 11:00
   Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq göstərişinə əsasən, oktyabrın 25-də respublikamızın bütün hərbi hissələrində, o cümlədən Pirallahı rayonunda yerləşən N saylı hərbi hissədə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilmişdir. Tədbirdə həmçinin Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, Ağsaqqallar Şurasının üzvləri və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Pirallahı  Rayon Şöbəsinin nümayəndələri iştirak etdilər.
    Ziyarətçilər hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şərait, eləcə də xidməti və inzibati binalar, əsgər yataqxanası və yeməkxana ilə yaxından tanış oldular. Sonra N saylı hərbi hissəyə aid videoçarx izlənildi. Tədbirin sonunda tədbir iştirakçıları əsgərlərlə birlikdə nahar etdilər.
Keçidlər