Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq hüquqları aylığı” çərçivəsində Pirallahı rayonunda silsilə tədbirlər keçirilir

30 oktyabr 2015 | 11:00
   Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun 2015-ci il 15 oktyabr tarixli 69 nömrəli Sərəncamına əsasən rayon ərazisində “Uşaq hüquqları aylığı” elan edilmiş, rayonun təhsil və mədəniyyət ocaqlarında treninq-seminarların və maarifləndirici tədbirlərin  keçirilməsi nəzərdə tutulmuşdur.
   Oktyabrın 27-də 29 №-li Uşaq Yaradıcılıq Mərkəzində, oktyabrın 29-da isə 168 nömrəli tam orta məktəbdə mövzuya dair növbəti treninq-seminarlar təşkil olunmuşdur. Pirallahı Rayon İcra Hakimiyyətinin və Pirallahı Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə RİH və RPŞ-nin əməkdaşları, müəllimlər və məktəblilər iştirak etmişlər.
  Treninq-seminarlarda çıxış edən Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Fəxrəddin Babayev, Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları İlqam Əskərov, Seymur Yusibov, Mehdi Bünyadov Beynəlxalq Uşaq Hüquqları Konvensiyasının yaranma tarixindən, uşaqların hansı hüquqlara malik olmaqlarından, uşaqlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan geniş məlumat vermişlər. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2009-cu ilin Azərbaycanda "Uşaq ili" elan olunması göstərir ki, uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi, uşaq hüquqlarının qorunması, uşaqlara qayğı ölkə başçısının daim diqqət mərkəzindədir.
   Qeyd edək ki, “Uşaq hüquqları aylığı” çərçivəsində Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində, Gürgən Mədəniyyət evində və 14 №-li Uşaq Musiqi məktəbində maarifləndirici tədbirlərinin keçirilməsi nəzərdə tutulmuşdur. Aylığın keçirilməsində əsas məqsəd əhali və uşaqlar arasında maarifləndirmə, uşaqlara diqqətin artırılması, onların hüquqlarının həyata keçirilməsi mexanizminin daha da yaxşılaşdırılmasıdır.
Keçidlər