Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqımız davamlı islahatlar, sürətli inkişaf və tərəqqi kursunu dəstəkləyir

02 noyabr 2015 | 11:00
   2015-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərlə əlaqədar səsvermə 13 saylı Xəzər-Pirallahı seçki dairəsinə daxil olan Pirallahı rayonunda yerləşən seçki məntəqələrində qanunla nəzərdə tutulduğu kimi səhər saat 8:00-da başlandı. Dairənin ərazisindəki 39 seçki məntəqəsindən 11-i Pirallahı rayonunda yerləşir. 13 saylı Xəzər-Pirallahı seçki dairəsində qeydə alınmış 43436 seçicidən 11337 nəfəri Pirallahı rayonunun sakinidir.
   Qeyd edək ki, seçki zamanı, dairənin bütün məntəqələrində seçicilərin öz iradələrini azad ifadə edərək inandıqları və etibar etdikləri namizədə səs vermələri üçün hər cür şərait yaradılmışdı. Məntəqələrdə seçkinin bütün proseduralarına riayət olunub.
   Beynəlxalq və yerli müşahidəçilər məntəqələrdə səsvermənin gedişini izləyib və seçkilərin qanunvericiliyə uyğun şəkildə keçdiyini bildiriblər.
   13 saylı Xəzər-Pirallahı seçki dairəsində saat 19:00-a 32595 seçici səsvermədə iştirak etmişdir, bu da 72,3 faiz təşkil etmişdir.
   Pirallahı sakinləri digər seçkilərdə olduğu kimi, bu seçkilərdə də yüksək aktivlik nümayiş etdirdilər.
Keçidlər