N saylı hərbi hissədə növbəti görüş
10 noyabr 2015 | 11:00
Bu tədbirlər böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır
Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq göstərişinə əsasən, respublikanın bütün hərbi hissələrində əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günləri keçirilir. "Açıq qapı" günü ilə əlaqədar Pirallahı rayonunda yerləşən N saylı hərbi hissədə məktəblilərin zabit və əsgər heyəti ilə növbəti görüşü keçirildi.
Görüşdə Pirallahı rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Seymur Yusibov, N saylı hərbi hissənin komandir-zabit heyəti, əsgər valideynləri və məktəblilər iştirak etdilər.
Ziyarətçilər hərbi hissə ilə yaxından tanış oldular. Valideynlər və məktəblilər əsgərlərin fiziki və döyüş hazırlığı ilə bağlı nümunəvi çıxışlarına baxdılar, müasir silahların işlədilməsi qaydaları barədə verilən məlumatları dinlədilər. Eləcə də hərbi hissənin döyüş hazırlığı və fəaliyyətinə dair məşğələlərin təşkili, taktiki və fiziki hazırlıq üzrə normativlərin, xüsusi şəraitdə döyüş tapşırıqlarının yerinə yetirilməsi qaydaları ilə tanış oldular.
Sonra “Açıq qapı” gününün iştirakçıları hərbi hissənin korpuslarını gəzərək əsgər yataqxanasına, məişət otaqlarına, yeməkxanaya baxdılar. Valideynlər övladları ilə birlikdə nahar etdilər. Yeməklərin çeşidi və keyfiyyəti onları olduqca razı saldı.
Hərbi hissə ilə tanışlıq zamanı valideynlər güclü ordusu olan Azərbaycanla fəxr etdiklərini, bu qəbildən olan tədbirlərin böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını söyləyib, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.