Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Beynəlxalq Tolerantlıq Günü ilə bağlı dəyirmi masa keçirildi

16 noyabr 2015 | 11:00
   16 noyabr 2015-ci il tarixdə Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində tədbir keçirildi. Tədbirdə Pirallahı RİH-in məsul əməkdaşları, dini icmaların üzvləri, ziyalılar, milli azlıqların nümayəndələri iştirak etdilər.
    Tədbirdə çıxış edənlər 1995-ci il noyabrın 16-da UNESCO-ya üzv dövlətlər tərəfindən tolerantlıq prinsipləri haqqında Bəyannamənin qəbul olunduğunu, 1996-cı ildən isə noyabrın 16-nın dünyada Beynəlxalq Tolerantlıq Günü kimi qeyd edildiyini diqqətə çatdırdılar. Vurğulandı ki, Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı, Şərqlə Qərb, Qərblə İslam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verən bir ölkədir. Tədbir iştirakçıları təəssüf hissi ilə qeyd etdilər ki, bu gün "islamofobiya" dedikdə həm islam qorxusu, həm də bu qorxudan doğan və bütün müsəlmanlara qarşı olan nifrət hissi nəzərdə tutulur. Bu isə müasir cəmiyyətə və tolerantlığa olduqca mənfi münasibətdir. Tədbir iştirakçıları həmçinin qeyd etdilər ki, İslamafobiyanın tarixi kökləri İspaniyada Əndəlusun ərəblər tərəfindən tutulduğu dövrə gedib çıxır. Səlib yürüşlərinə əsgər toplaya bilmək üçün kilsə xadimləri islamın xristianlığa qarşı olduğu və xristianlığı təhdid etdiyi təbliğatını aparmaqla islamafobiyanın yaranmasına zəmin yaratmışlar. Lakin Azərbaycanda İslami dəyərlərin kök salmasına baxmayaraq, ölkəmizdə bütün dinlərə və millətlərə tarixən tolerant münasibət bəslənilib.   Diqqətə çatdırıldı ki, tarix boyu rayonumuz  azərbaycanlılarla digər xalqların nümayəndələri heç bir münaqişə olmadan yaşamış, bir-biri ilə qohumluq əlaqələri qurmuşlar. Milli azlıqların nümayəndələri dövlət hakimiyyətinin bütün strukturlarında təmsil olunurlar. Tolerantlığın, multikulturalizmin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan natiqlər tolerantlığın Azərbaycan tarixində formalaşmış bir mühit olduğunu, siyasi əsasının 90-cı illərin əvvəllərindən başlayaraq Ulu Öndərin yeritdiyi məqsədyönlü siyasətin nəticəsində meydana çıxdığını bildirdilər. Qeyd olundu ki, Ümummilli Liderin hakimiyyəti dövründə qəbul edilən bütün qanunvericilik aktlarında milli azlıqların, milli etnik qrupların hər birinin öz dilində təhsil almaq, öz mədəniyyətlərini qoruyub saxlamaq hüquqları tam şəkildə qorunub və bu siyasət indi də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
   Tədbir iştirakçıları noyabrın 13-də Fransanın paytaxtı Parisdə 153 nəfərin ölümü, azı 200 nəfərin yaralandığı terror aktlarına toxundular. Xüsusilə bu hadisə pisləndi və qeyd olundu ki, bu islam dəyərlərə ziddir.
   Diqqətə çatdırıldı ki, Pirallahı rayonunda yerli əhali əsasən azərbaycanlılar olsa da, burada xeyli sayda ləzgi, tatar, rus, avar, və başqa xalqların nümayəndələri də yaşayır. Qohumluq, qardaşlıq şəraitində yaşayan bu xalqların birgə yaşam tərzi əslində tolerantlığın bariz nümunəsidir.
Keçidlər