Pirallahı rayonunda “Yanğın təhlükəsizliyinin təmin olunması” mövzusunda tədbir keçirildi
17 noyabr 2015 | 11:00
17 noyabr 2015-ci il tarixində Pirallahı rayonunda “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirildi.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri və rayonun idarə-müəssisə rəhbərləri iştirak etdilər.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov tədbiri giriş sözü ilə açaraq tədbirin əhəmiyyətindən danışdı, baş verən yanğın faciələrinin qarşısının alınması üçün əhalinin maariflənməsinə böyük ehtiyac olduğunu vurğuladı.
Tədbir “Bakı şəhərində 2014-2015-ci illərin müvafiq dövründə yanğın hadisələrinə dair statistik məlumatlar”; “Yaşayış massivlərində yanğınların baş vermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları”; “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları”; “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”; “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”; “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti: görülən işlər və mövcud problemlər”; “Yanğın zamanı ilkin tibbi yardım” mövzuları ətrafında çıxış və müzakirələrlə davam etdirildi.
Müşavirədə səslənmiş çıxışlara münasibət bildirən FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev yanğın təhlükəsizliyinin təmin olunması üçün sakinlər arasında təbliğat və maarifləndirmə işinin aparılmasının vacib olduğunu vurğuladı, öz təqdimatında yanğın təhlükəsizliyi sahəsində mövcud olan problemlər barədə ətraflı məlumat verdi.
Toplantıda yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videoçarxlar nümayiş olundu, suallar cavablandırıldı.