Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Milli Dirçəliş günü münasibətilə tədbirlər keçirildi

17 noyabr 2015 | 11:00

   17 noyabr 2015-ci il tarixdə Milli Dirçəliş günü münasibətilə Pirallahı rayonunun məktəbəqədər təhsil müəssisələrində silsilə tədbirlər təşkil olundu. Tədbirlərdə Pirallahı RİH-in əməkdaşları, tərbiyəçilər, müəllimlər və valideynlər iştirak etdilər.
  Tədbirlərdə çıxış edən natiqlər bildirdilər ki, 1988-ci ilin noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycan uğrunda savaşın təməlini qoydu, qeyd edildi ki, bu hərəkatda əsas qüvvəni gənclər təşkil edirdi. Natiqlər öz çıxışlarında meydan hərəkatından sonra xalqımıza qarşı yönəldilən açıq təcavüzlərdən, ölkəmizin müstəqillik qazanmasından sonra siyasi böhranın dərinləşməsindən və vətəndaş qarşıdurmasının yaranmasından, xalqın tələbi ilə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından, xalqı parçalanmaqdan, ölkəni dağılmaqdan xilas etməyindən və son dövrdə müstəqil Azərbaycanın sürətli inkişafından danışdılar. Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan möhtərəm     Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində müstəqil Azərbaycan dövlətinin bayrağının daha da yüksək zirvələrdə dalğalanacağını diqqətə çatdırıldı.
   Milli Dirçəliş günü münasibətilə 14 nömrəli uşaq musiqi məktəbində də tədbir keçirildi. Tədbirdə çıxış edənlər  tədbir iştirakçılarına 17 noyabr - Milli Dirçəliş günü barədə geniş məlumat verdilər.
   Daha sonra məktəbin fortepiano, xalq çalğı alətləri şöbəsinin şagirdləri çıxış edərək, Azərbaycan və xarici bəstəkarların əsərlərini ifa etdilər.

Keçidlər