“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli Qanununun tətbiqi ilə bağlı müşavirə keçirildi
23 noyabr 2015 | 11:00
23 noyabr 2015-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətində “Vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və sənədlərlə iş” mövzusunda müşavirə keçirildi. Müşavirədə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini və etik müvəkkili Vəzir Səfixanov, Rayon İcra Hakimiyyətinın məsul əməkdaşları, rayonun idarə və müəssisələrinin nümayəndələri, RİHB-nın İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlklərinin və rayon bələdiyyələrinin işçiləri iştirak etdilər.
Tədbirdə çıxış edən RİH Aparatının hüquq şöbəsinin müdiri Samir Hüseynov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli Qanununun tətbiqi barədə fərman imzalayıb. Tədbir zamanı qanunda aparılan dəyişiklər tədbir iştirakçılarının diqqətinə çatdırıldı və ətraflı müzakirə olundu. Bildirildi ki, qanun 17 maddədən ibarətdir, orada “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” qanunda öz əksini tapmamış bir sıra müddəalar – vətəndaşların müraciətlərinə baxılmasının prinsipləri, müraciətlərə dair tələblər, müraciətin baxılmamış saxlanılması, nəzarətin həyata keçirilməsi, müraciətlərə baxılma zamanı vətəndaşların hüquqları, canlı yayımlanan teleradio proqramları, telefon müraciət xidməti vasitəsilə edilən şifahi müraciətlərin xüsusiyyətləri, elektron müraciət kimi yeni normalar müəyyən olunub.
Sonda Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini və etik müvəkkili Vəzir Səfixanov bildirdi ki, Prezident İlham Əliyevin tapşırıqlarından irəli gələn məsələ kimi vətəndaş məmnunluğunun təmin edilməsi hər bir məmurun başlıca vəzifəsidir və vətəndaşların ərizə, şikayətlərini yaradan səbəblər araşdırılmalıdır və vaxtında aradan qaldırılması üçün lazımi tədbirlər görülməlidir.
Müşavirədə tədbir iştirakçılarının sualları cavablandırıldı və işin təşkilinə dair bir sıra tövsiyələr verildi.