Xalqa sədaqətlə xidmət edən general
24 noyabr 2015 | 11:00
Vaxtilə çar Rusiyasının ordusunda xidmət edən, ancaq Azərbaycan sevgisini ürəyində, düşüncələrində daşıyan hərbçi soydaşlarımız milli dövlətimiz qurulan kimi Vətənə qayıtdılar, Azərbaycanın hərbi imkanlarının yaranmasında və güclənməsində, milli ordu quruculuğunda xüsusi rol oynadılar. Məşhur Azərbaycan sərkərdəsi, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi cəhətdən qurulmasında fövqəladə rəşadətlər göstərmiş Səməd bəy Mehmandarovun, digər generallarımızın olması sübut etdi ki, xalqımız, yüz illik müstəmləkə əsarətinə baxmayaraq, döyüşkənlik ruhunu, azadlıq uğrunda mübarizə əzmini qətiyyən itirməyib. Son bir ildə Prezident İlham Əliyevin üç görkəmli sərkərdənin – general Əliağa Şıxlinskinin 150, diviziya komandiri Cəmşid Naxçıvanskinin 120 və general Səməd bəy Mehmandarovun 160 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalanması dövlətimiz tərəfindən hərb tariximizə, onun görkəmli xadimlərinə, tanınmış sərkərdələrimizə verilən yüksək qiymətin bariz nümunəsidir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin görkəmli hərbi xadim, tam artilleriya generalı Səməd bəy Mehmandarovun 160 illik yubiley tədbirlərinin keçirilməsi barədə 29 sentyabr 2015-ci il tarixli Sərəncamında deyilir: “General Səməd bəy Mehmandarov döyüş meydanlarındakı yüksək peşəkarlığı və zabit şərəfinə hədsiz sədaqəti ilə Azərbaycan xalqının hərb salnaməsinə unudulmaz səhifələr yazmışdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən ordu quruculuğu prosesinin bütünlüklə milli zəmin üzərində həyata keçirilməsi, hərbi potensialın məharətlə istiqamətləndirilməsi və konkret tarixi şəraitdə ölkənin ərazi bütövlüyünün, hərbi təhlükəsizliyinin layiqincə təşkil edilməsi məhz onun fəaliyyətinin nəticələridir.”
Bütün bu fikirlər 24 noyabr 2015-ci il tarixdə general Səməd bəy Mehmandarovun anadan olmasının 160 illik yubileyi ilə əlaqədar Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş növbəti tədbirin əsas qayəsini təşkil etmişdir. Dəyirmi masada RİH əməkdaşları, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin təmsilçiləri, rayon ictimaiyyəti nümayəndələri, ziyalılar, məktəblilər iştirak etdilər.
Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov bildirdi ki, böyük sərkərdənin anadan olmasının 160 illik yubileyi ilə əlaqədar ölkə Prezidenti İlham Əliyev cənablarının imzaladığı Sərəncamın icrası ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Pirallahı rayonunda da silsilə tədbirlər keçirilir. V.Səfixanov adı tarixə düşmüş görkəmli hərbi xadim Səməd bəy Mehmandarovun Azərbaycanın şərəfli hərb salnaməsində yeri, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri kimi fəaliyyəti, Azərbaycanın ordu quruculuğunda, peşəkar zabit kadrların hazırlanmasında və gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna rolu barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.
Tarixçi-jurnalist İlqar Məmmədli general Səməd bəy Mehmandarovun həyat və fəaliyyətini əhatə edən məruzə ilə çıxış etdi. Məruzədə S.Mehmandarov tədbir iştirakçılarına əvəzsiz hərbi xadim, qorxmaz, ədalətli, cəsur komandan və vətənpərvər, qeyrətli Azərbaycan övladı kimi təqdim olundu. Bildirildi ki, Səməd bəy Mehmandarovun atası Mirzə Sadıq bəy Qarabağın adlı-sanlı bəy nəslindən idi və dövlət xidməti ilə əlaqədar 1840-cı ildə ailəsi ilə birlikdə Şuşadan Lənkərana köçmüş və bu səbəbdən Səməd bəy 1855-ci il oktyabrın 16-da Lənkəranda anadan olmuşdu.
Hərb sənəti dövlətçilik tariximizdə özünəməxsus yerə malik olan Səməd bəy Bakıda gimnaziya təhsili almış, Peterburqda artilleriya məktəbi bitirərək 1875-ci ildə podporuçik rütbəsində hərbi xidmətə başlamışdır. 1900-1901-ci illərdə Çində boksyor üsyanının yatırılmasında iştirak edən Səməd bəy 1904-1905-ci illər Rus-Yapon müharibəsində, xüsusilə Port-Arturun müdafiəsində böyük rəşadət göstərmiş, 1908-ci ildə general-polkovnik rütbəsinə yüksəlmişdir. Silahdaşları onu cəsur, özünə inamlı və tələbkar bir zabit kimi xarakterizə edirdilər. Port-Artur təslim olduqdan sonra düşmənə əsir düşən Səməd bəyi yaponlar ləyaqətlə qarşılamış, onun hərb sənətinə ehtiramlarını bildirmişdilər. Yaponlar zabitlərə bir daha müharibədə iştirak etməmək barədə iltizam imzalamaqla Rusiyaya qayıtmağı təklif etsələr də, Səməd bəy öz əsgərlərindən ayrılmamış, onlarla birlikdə əsirlikdə qalmağı üstün tutmuşdur.
I Dünya müharbəsində diviziya komandiri S.Mehmandarov Varşava ətrafında, Lodz istiqamətində döyüşdlərə düşmən ordusu üzərində parlaq qələbələr çalmış, Visla çayı yaxınlığındakı İvanqorod rayonunda döyüşdə onun diviziyası əvvəl almanların, sonra isə avstriyalıların üstün qüvvələrini darmadağın etmişdi. 1915-ci ildə artilleriya generalı rütbəsinə yüksəldilən, korpus komandiri təyin edilən S.Mehmandarov Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif olunmuşdu. 1915-ci ilin fevralında Səməd bəy Əlahəzrət İmperator tərəfindən brilliantlarla bəzədilmiş Georgi silahı ilə təltif edilmişdi ki, bu mükafata da I Dünya müharbəsi illərində cəmi 8 nəfər layiq görülmüşdü.
1917-ci il fevral burjua inqilabı baş verərkən S.Mehmandarov Qafqazda idi. Həmin ilin aprel ayında o, vəzifəsini həmişəlik tərk edib istefaya çıxmış, bir müddət Vladiqafqaz şəhərində yaşamış, sonra Azərbaycana gəlmişdir. General S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökumətində 1918-ci il noyabrın 1-dən nazir müavini, 25 dekabrdan isə Hərbi Nazir vəzifəsini tutmuş və qısa müddətdə müstəqil Azərbaycanın 40 minlik ordusunu (30 min piyada, 10 min süvari) yaratmağa nail olmuşdu. Qarabağ uğrunda döyüşlərdə, Əsgəran əməliyyatında, Şuşa və Xankəndinin alınmasında sərkərdəlik məharətini bir daha nümayiş etdirən Səməd bəy, özünün təbirincə desək, “Muğan və Lənkəranın Anamız Azərbaycana qaytarılması” əməliyyatında müstəsna rol oynamışdı. 1919-cu ilin yazında, ingilis hərbi hissələri Azərbaycanda olduğu dövrdə, Hərbi Nazir S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyətinin hökumət başçısı Nəsib bəy Yusifbəyliyə göndərdiyi rəsmi məktubda bildirmişdi ki, İngilis hərbi dəstələri Azərbaycanda dislokasiya olduqları yerlərdə talançılıq edir, kəşfiyyat işi aparırlar. Bunlara etiraz olaraq S.Mehmandarov İngiltərə hökumətinin I Dünya müharibəsi illərində ona verdiyi ordenləri İngiltərə hökumətinə qaytarmağı Azərbaycan hökumətindən xahiş etmişdi. Ölməz generalın hələ sağ ikən söylədiyi fikir - "Nə xoşbəxt insanam ki, ixtiyar yaşımda millətimin ordusunu yaratmaq mənə nəsib oldu” – hər bir vətəndaşımızın yaddaşına əbədi həkk olunmuşdur.
Müstəqil Azərbaycan dövlətinin ərazisi Rusiyanın XI Ordusu tərəfindən işğal edildikdən sonra S.Mehmandarov öz xalqının müqəddəratına biganə qalmayaraq Vətəni tərk etməmişdir. 1920-ci ilin mayında Gəncə qiyamından sonra həbs edilən Mehmandarov Şıxlinski ilə birlikdə Nəriman Nərimanovun köməyi sayəsində ölümdən xilas edilərək avqustun 1-də Moskvaya göndərilirlər. O, N. Nərimanovun şəxsi zəmanət məktubu əsasında, bir il Moskvada hərbi fəaliyyətini davam etdirmiş, artilleriya nizamnaməsi hazırlayan komissiyanın tərkibinə daxil edilmiş, Hərbi Akademiyada taktikadan dərs demişdir. Bir il sonra Bakıya qayıdan general burada Azərbaycan Hərbi Komandirlər Məktəbində 1921-1928-ci illərdə müəllimlik etmişdir.
Görkəmli sərkərdə, general Səməd bəy Mehmandarov 1924-1927-ci illərdə Bakı qarnizonunun hərbi-elmi şurasının üzvü, Azərbaycan quru və dəniz qüvvələri Komisarlığında müşavir olmuş, Azərbaycanda hərbi sahədə aparılan geniş islahatlarda və tədbirlərdə fəal iştirak etmişdir. Qafqaz qoşunlarının komandiri olmuş Birinci dərəcəli Ordu komandiri İ.Ç.Yakir 1925-ci ildə yazırdı: “Mehmandarov nadir artilleriyaçıdır”. Səməd bəy Mehmandarovun və Əliağa Şıxlinskinin artilleriya sahəsindəki böyük nüfuzundan, qorxmazlığından, istedadından rus hərb tarixçiləri daim iftixarla yazıblar. Yadların fəxrlə söhbət açdığı bu generallarımız Port-Arturda yaponlara, I Dünya savaşında isə almanlara qarşı vuruşaraq ulu babalarımızdan gələn döyüş ənənələrini bütün dünyaya yaymışlar. Birinə "Artilleriyanın Allahı" fəxri adı, digərinə isə "Müqəddəs Georgi" ordeninin bütün dörd dərəcəsi verilib. Böyük imperiyanın minlərlə generalı arasında onların öz layiqli yeri olub.
1928-ci ildə general S.Mehmandarov səhhətinə görə orduda xidmətdən tərxis olunmuş və ona yüz manat həcmində fərdi dövlət təqaüdü təyin edilmişdir. General-polkovnik S.Mehmandarov dövrünün görkəmli şəxsiyyətlərindən biri olmuşdur. O, türk və fars dillərini yüksək səviyyədə bilirdi. Ömrünün son üç ilində islam tarixi və fəlsəfə ilə məşğul olmuşdur. General Səməd bəy Mehmandarov 12 fevral 1931-ci ildə Bakıda vəfat etmiş, keçmiş Çəmbərəkənd qəbristanlığında (indiki Şəhidlər Xiyabanında) dəfn olunmuşdu. 1939-cu ildə bolşevik Kirova heykəl qoyulanda həmin qəbristanlıq dağıdılıb. O zaman generalın ailəsi sürgündə olduğundan sərkərdənin qəbri başqa yerə köçürülməmiş və yerlə-yeksan edilmişdir. Hazırda Səməd bəy Mehmandarovun 1918-1931-ci illərdə yaşadığı binanın üzərinə xatirə lövhəsi vurulub. Bakıda bir küçə və Xəzər dənizində üzən tankerlərdən biri Səməd bəy Mehmandarovun adını daşıyır.
Tədbirdə çıxış edən 29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin müdiri Sevda Bəşirova, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Vahid Quluyev, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Xəzər-Pirallahı bölməsinin sədri Elçin Əzimov və onun müavini Şaban Cabbarov, Qarabağ Veteranları, Əlilləri və Şəhid ailələri İctimai Birliyinin Pirallahı şöbəsinin rəis müavini Mübariz Xudaverdiyev və başqaları general S.Mehmandarovun təcrübəli ordu sərkərdəsi, tam artilleriya generalı rütbəsi almış ilk azərbaycanlı zabit olduğunu, Vətənin müdafiəsi naminə qısa bir zamanda güclü nizami ordu yaratdığını qeyd etdilər və qeyd etdilər ki, general Səməd bəy Mehmandarov görkəmli hərb xadimi kimi Azərbaycan tarixində şərəfli və layiqli yer tutur, onun həyat yolu gənc nəsil üçün parlaq bir nümunədir.
Sonda tədbir iştirakçılarına general Səməd bəy Mehmandarovun həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirildi.