Pirallahı rayonunun neftçiləri humanist aksiyaya qatıldılar
27 noyabr 2015 | 11:00
Hər il olduğu kimi bu il də neftçilər Heydər Əliyev Fondunun prezidenti, Millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın talassemiyalı xəstələr üçün qanvermə təşəbbüsünə birincilər sırasında qoşulmuşlar. «Savab dünyası» Talassemiya Assosiasiyasının təşkilatçılığı ilə keçirilən, sağalmaz xəstəlikdən əziyyət çəkən uşaqlara humanitar yardım xarakteri daşıyan tədbirlərdə ARDNŞ-in strukturuna daxil olan və Pirallahı rayonunun ərazisində yerləşən idarə və müəssisələrin əmək kollektivləri ənənəvi olaraq böyük fəallıq nümayiş etdirirlər.
“28 May” NQÇİ-nin Çilov adasında dislokasiya olunmuş struktur vahidlərində və Stasionar Dəniz Özüllərində çalışan neftçilər bu günlərdə keçirilən qanvermə aksiyasına qatıldılar. Aksiyada iştirak etmiş yüzdən artıq dəniz neftçisindən 85-i qan verməklə xəstə balaların həyata olan ümidini artırmış oldular.
Möcüzələr adası Neft Daşlarında «Donor günü» noyabrın 26-da baş tutdu. Qeyd edək ki, aksiyada 120 nəfərədək dəniz neftçisi iştirak etmiş, onlardan 100 nəfəri tibbi müayinədən uğurla keçərək talassemiyalı xəstələr üçün qan vermişlər.