Pirallahı rayonunda genişmiqyaslı abadlıq işləri davam etdirilir
30 noyabr 2015 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən keçirilən islahatlar nəticəsində iqtisadiyyatının bütün sahələrdə dinamik inkişaf müşahidə olunur, bir sıra problemlər mərhələli şəkildə öz həllini tapır. Bununla paralel olaraq, respublikamızın bütün guşələrində, o cümlədən Pirallahı rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri vüsət alıb.
“Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Prezident İlham Əliyev cənablarının imzaladığı Fərmanın icrası istiqamətində Pirallahı rayonu ərazisində hazırlıq işləri görülür. Parkda ilk mərhələdə təsərrüfat məqsədilə istifadə olunacaq sərgi salonunun inşası tamamlanmışdır.
Dövlət Proqramı çərçivəsində Pirallahı qəsəbəsini Abşeron yarımadası ilə birləşdirəcək yeni avtomobil körpüsünün tikintisi müvəffəqiyyətlə davam etdirilir. Layihə çərçivəsində körpünün dayaqlarının və giriş hissəsində istinad divarlarının tikintisi artıq başa çatdırılmışdır. Hal-hazırda körpüdə aşırım tirlərinin quraşdırılması tamamlanmaq üzrədir. Körpüdə dəmir-beton işlərinin noyabr ayının sonuna kimi yekunlaşdırılması planlaşdırılır. Xatırladaq ki, Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində inşa olunan 9 aşırımlı körpünün dəniz suyu səviyyəsindən hündürlüyü (orta aşırımda) 14 metr, hərəkət hissəsinin eni 12 metr olmaqla, ümumi eni isə 14 metr təşkil edir. Yanaşma yolları ilə birlikdə körpünün ümumi uzunluğu 1300 metr təşkil edir. Qeyd edək ki, obyektə inşaat işlərinin 85 faizi artıq yerinə yetirilmişdir. Tikintisinə 2012-ci ilin oktyabr ayından başlanan Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün istismara verilməsi 2015-ci ilin sonuna – 2016-cı ilin əvvəlinə planlaşdırılır. Körpü istismara verildikdən sonra onun altından gəmilərin sərbəst hərəkəti də nəzərdə tutulmuşdur. Pirallahı qəsəbəsini Abşeron yarımadası ilə birləşdirən körpünün girişlərinin dəniz suyu ilə yuyulmasının qarşısının alınması, yolətrafı zonalarda ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə magistral boyu sahilbərkitmə işləri aparılmışdır. Məlumat üçün bildirək ki, bu obyekt Xəzər regionda dənizdə tikilən ilk körpüdür. Bu vaxta kimi süni yarımada statusu daşıyan Pirallahı körpüsünün tikintisi başa çatdıqdan sonra tam şəkildə ada statusu qazanacaqdır.
Rayonun Baş planının hazırlanması istiqamətində görülən işlər yekunlaşmış, Baş planın müxtəlif nazirlik və komitələrlə razılaşdırılması prosesi başa çatdırılmışdır. Pirallahı Rayon İcra Hakimiyyətinin, YAP Rayon Təşkilatının inzibati binalarının və Heydər Əliyev Mərkəzinin tikintisi davam etdirilir. S.Vurğun küçəsində Gənclər Əyləncə Mərkəzi üçün ayrılmış sahədə kommunikasiya xətləri inşaat sahəsindən kənarlaşdırılmışdır.
Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca ümumi uzunluğu 1840 metr olmaqla yeni hasarlar inşa edilir, mövcud hasarlar isə əsaslı təmir olunur. Fasad hissələri təmir olunan 22 yaşayış binasından 19-da işlər tamamlanıb, 3-də təmir davam edir. 10 və 4 nömrəli binaların fasadları milli ornamentlərlə bəzədilir. «Nümunəvi Həyətlər» layihəsi çərçivəsində aparılan işlər davam etdirilir. Mütəmadi olaraq rayonun idarə, müəssisə və təşkilatlarının iştirakı ilə ümumrayon iməcilikləri keçirilir. “Abşeronneft” NQÇİ-nin yeni “Rezervuarlar Parkı”nın tikintisi davam etdirilir. Neftlə çirklənmiş torpaqların təmizlənməsi məqsədilə lay sularının axıdılması nəticəsində tarixən yaranmış çirkli göllər və gölməçələr təmizlənərək qurudulur, təmizlənmiş sahələrdə abadlıq işləri görülür və yaşıllıqların salınması tədbirləri həyata keçirilir.
Qala-Pirallahı magistral yolunun kənarlarında salınmış yaşıllıqlara və əkilmiş ağaclara mütəmadi olaraq aqrotexniki qulluq göstərilir. “Çörək və un məmulatları kombinatı"nda son tamamlama işləri görülür. Günəş Elektrik Stansiyası layihəsinin ikinci mərhələsi çərçivəsində əlavə olaraq 5 ha torpaq sahəsinin ayrılması istiqamətində sənədləşmə işləri aparılır. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd 140 və 100 yerlik körpələr evi-uşaq bağçasının inşaat işləri davam etdirilir. Artıq 140 yerlik körpələr evi-uşaq bağçasında dam örtüyü vurulub, binanın daxilində tamamlama işlərinin 80 faizi yekunlaşmışdır. Tikilən uşaq bağçası ilə qonşuluqdakı S.Bağırov küçəsində ərazi təmizlənərək abadlaşdırılır.
“Azərsu” ASC tərəfindən çəkilən Ceyranbatan-Balaxanı-Zirə-Pirallahı magistral su kəmərinin inşası uğurla davam etdirilir. Hazırda Pirallahı qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində işlər gedir. Dübəndi sahəsində uzunluğu 600 metr olan 2 dövrəli kabel xətti çəkilmişdir. Gürgən qəsəbəsi İ.Məcidov küçəsində 23 ədəd gecə işıqlandırılması dirəyi təmir edilmişdir.
Baş Plan-Müfəssəl Planlaşdırma Layihəsi əsasında Pirallahı rayonu Pirallahı qəsəbəsində görülən abadlıq-quruculuq işləri ilə əlaqədar ərazidə yerləşən mühəndis kommunikasiya xətlərinin və qurğularının yerlərinin dəyişdirilməsi, yeni xətlərin çəkilməsi və köhnə xətlərin ləğv edilməsi işləri uğurla həyata keçirilir.