Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda növbəti ağacəkmə aksiyası keçirildi

01 dekabr 2015 | 11:00
   Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Pirallahı qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilmişdir.
   Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Aparatın əməkdaşlarının, YAP Pirallahı rayon təşkilatının fəallarının, eyni zamanda rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların  kollektivləri ekoloji mühitin sağlamlaşdırılması məqsədi ilə keçirilən aksiyada fəal iştirak etdilər. Aksiya zamanı S.Vurğun küçəsi boyunca müvafiq təmizləmə işləri aparılmış, abadlıq işləri görülmüşdür. 
   “Ümumrespublika yaşıllaşdırma” marafonunun növbəti mərhələsində rayonda iki yüz nəfərin iştirak etdiyi aksiyada 500 ədəd Eldar şamı əkilmiş və əvvəlki illərdə əkilən yaşıllıqlara qulluq göstərilmişdir.
Keçidlər