Məktəblərdə hərbi-vətənpərvərlik mövzusunda və İbtidai siniflər üzrə fənn aylığı çərçivəsində tədbirlər keçirildi
02 dekabr 2015 | 11:00
Pirallahı rayonunda görkəmli hərbi xadim, tam artilleriya generalı Səməd bəy Mehmandarovun xatirəsinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi davam etdirilir.
General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 29.09.2015-ci il tarixli sərəncamı və təhsil naziri Mikayıl Cabbarovun 20.10.2015-ci il tarixli 1021 nömrəli əmri ilə əlaqədar olaraq Gürgən qəsəbəsində yerləşən 231 nömrəli tam orta məktəbdə növbəti tədbir keçirildi. Tədbirdə müəllimlər, rayon ictimaiyyəti nümayəndələri, məktəblilər, N saylı hərbi hissənin zabit heyəti iştirak etdilər.
Tədbirdə məktəbin direktoru Mehparə Mansırova Səməd bəy Mehmandarovun həyat və fəaliyyəti haqqında ətraflı məlumat verdi. Bildirildi ki, general Mehmandarov döyüş meydanlarındakı yüksək peşəkarlığı və zabit şərəfinə hədsiz sədaqəti ilə Azərbaycan tarixinin hərb salnaməsinə unudulmaz səhifələr yazıb. Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən ordu quruculuğu prosesinin milli zəmin üzərində həyata keçirilməsi, hərbi potensialın məharətlə istiqamətləndirilməsi və konkret tarixi şəraitdə ölkənin ərazi bütövlüyünün qorunmasının layiqincə təşkil edilməsi məhz onun fəaliyyətinin nəticəsidir.
Sonda şagirdlərin suallarına cavab verildi və Səməd bəy Mehmandarova həsr edilmiş film nümayiş etdirildi.
Fənn aylığı çərçivəsində növbəti tədbir 186 nömrəli tam orta məktəbin IV A sinif şagirdlərinin payız fəslinə həsr etdikləri “Qızıl payız” mövzusunda hazırladıqları sinifdən xaric dərs oldu. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak etdilər. IV A sinif şagirdləri bir-birindən maraqlı, əhatəli çıxışları ilə tədbir iştirakçılarında xoş təəssürat yaratdılar. Şagirdlər bol-bəhrəli Azərbaycan torpağının nemətlərindən danışdılar və payız fəslinə aid olan nemətləri nümayiş etdirdilər. Tədbirdə fənlərarası əlaqəyə də geniş yer verildi.