Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Beynəlxalq Əlillər Günü qeyd olundu

03 dekabr 2015 | 11:00
   Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən  3 Dekabr – Beynəlxalq Əlillər günü Ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlanmışdır. Dövlət səviyyəsində əlil vətəndaşlara olan qayğı ölkəmizin bütün guşələrində də öz əksini tapmaqdadır.
   3 Dekabr – Beynəlxalq əlillər günü ilə əlaqədar Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən  Beynəlxalq Əlillər gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə RİH əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş rayon sakinləri iştirak edirdilər.
   Toplantıda vurğulandı ki, ölkəmizdə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirilir və əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərdən biridir. Qeyd edildi ki, ölkə başçısının sərəncamı ilə mütəmadi olaraq  müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır.
   Tədbirdə çıxış edən əlillər onlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər. Vurğulandı ki, əlillər cəmiyyətin bərabərhüquqlu üzvüdürlər və onların ölkədə gedən bütün proseslərdə fəal iştirakı təmin olunmalıdır.
     Tədbirin sonunda Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən əlil ailələrinin evlərinə ərzaq bağlamaları  çatdırıldı. Keçirilən aksiyada Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı Rayon Bölməsinin əməkdaşları da fəal iştirak etdilər.
Keçidlər