Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı idmançısı Dünya çempionatının qalibi oldu

04 dekabr 2015 | 11:00
   Noyabr ayının 21 - 22-də Moldovanın Kişinyov şəhərində baş tutmuş qarışıq döyüş növləri üzrə Dünya birinciliyində qızıl medal qazanmış idmançılardan biri də Pirallahı rayonunu təmsil edən Mərdan Vəliyev olmuşdur. 67 kiloqram çəki dərəcəsində rəqib tanımayan Avropa çempionu 1987-ci il təvəllüdlü Mərdan Vəliyev Dünya çempionluğunun sevincini yaşamışdır.
   Qeyd edək ki, Moldovada keçirilən yarışlarda 30 müxtəlif ölkədən 500 idmançı iştirak edirdi.
   İdmançımızı qələbə münasibətilə təbrik edirik!
Keçidlər