Milli Qəhrəman Rasim İbrahimova həsr olunan “Adadan başlayan yol” sənədli filminin təqdimatı keçirildi
08 dekabr 2015 | 11:00
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti “Vətənpərvərlik kinosu günləri” çərçivəsində rejissor Yalçın Verdiyevin Milli Qəhrəman Rasim İbrahimova həsr olunan “Adadan başlayan yol” sənədli filminin təqdimatını keçirdi. Təqdimatdan öncə Milli Qəhrəmanın “Şəhidlər Xiyabanı”ndakı məzarı tədbir iştirakçıları tərəfindən ziyarət olundu.
Tədbir Silahlı Qüvvələrin təlim-tədris mərkəzində baş tutdu. Əvvəlcə torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda şəhid olmuş Azərbaycanın qəhrəman övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsinin təşkil etdiyi tədbirdə millət vəkili Rauf Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı, Pirallahı Rayon İcra Hakimiyyəti, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi, Milli Qəhrəman Rasim İbrahimovun atası, döyüş yoldaşları, yaxınları iştirak etdi.
Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman çıxış edərək Rasim İbrahimovun keçdiyi döyüş yolundan danışıb: “Belə tədbirlərdə məqsəd Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçərək şəhid olan mərd, cəsur övladlarımızın vətənpərvərliyini, onların gənc nəslə örnək olan həyat yolunu təbliğ etməkdir. Rasim İbrahimov da vətən uğrunda canından keçən igid qəhrəmanlarımızdandır. Rasim 1962-ci ildə indiki Pirallahı rayonuna daxil olan Çilov adasında neftçi ailəsində dünyaya göz açıb. Burada orta məktəbdə 8 illik təhsil aldıqdan sonra C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olub. Rasim İbrahimovun Çilovda oxuduğu tam orta məktəb hazırda onun adını daşıyır.
Almaniyada hərbi xidmət keçdikdən sonra, vətənə dönən Rasim Füzuli rayonunun cəsur oğulları ilə birlikdə könüllü özünümüdafiə taboru yaradıb və rayonun sərhədlərini mərdliklə qoruyub. 1992-ci il iyunun 28-də Tuğ kəndi uğrunda gedən döyüşlərdə onlarla erməni quldurunu məhv edən döyüşçülərimiz mühasirəyə düşürlər. Cəsur komandir R.İbrahimov döyüşçü dostlarını mühasirədən xilas etsə də özü düşmən mühasirəsinə düşür. Ermənilərə təslim olmayan R.İbrahimov “Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!”,- deyərək özünü qumbara ilə partladaraq, qəhrəmancasına həlak olur, şahidlik zirvəsinə ucalır. Azərbaycan Prezidentinin 1994-ci il tarixli fərmanı ilə o, ölümündən sonra Azərbaycanın Milli Qəhrəman adına layiq görülüb.
Tədbirdə iştirak edən Milli Qəhrəmanın atası Səxavət İbrahimov, millət vəkili Rauf Əliyev, döyüş yoldaşları və başqaları öz çıxışlarında Rasim İbrahimovun şərəfli ömür yolundan söz açaraq, xatirələrini bölüşdü, şəhid qəhrəmanlara həsr olunmuş filmləri, eləcə də tədbirlərin keçirilməsini gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğuladılar.
Tədbirdə “Adadan başlanan yol” sənədli filmi nümayiş olundu.