Şriftin ölçüsü :

Saytın rəngi :

186 №-li tam orta məktəb Respublika turunda iştirak etmək hüququ qazandı

09 dekabr 2015 | 11:00
   08 dekabr 2015-ci il tarixdə Bakı şəhəri,  164 №-li tam orta məktəbin akt zalında Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə təşkilatçılığı ilə 2015-ci ildə “Ekoerudit" məktəblilərin ekoloji breyn-rinq bilik yarışının Bakı zona  turu keçirildi.
   Bakı şəhər ümumtəhsil məktəbləri arasında keçirilən “Bilik yarışı”nın ümumi nəticəsinə görə Pirallahı rayonunu təmsil edən 186 №-li tam orta məktəbin  “Zəfər" komandası uğur qazanaraq 10 dekabr 2015-ci il tarixdə keçiriləcək  “Ekoerudit" məktəblilərin ekoloji breyn-rinq bilik yarışının Respublika turunda iştirak etmək hüququ qazandı.
   Qeyd edək ki, bilik yarışının keçirilməsinin əsas məqsədi məktəblilərin ekoloji maarifləndirilməsidir.
Keçidlər