186 №-li tam orta məktəb Respublika turunda II yeri qazandı
10 dekabr 2015 | 11:00
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə təşkilatçılığı ilə hər il respublika məktəblilərinin “Ekoerudit” ekoloji breyn-rinq bilik yarışı keçirilir. “Ekoerudit” breyn-rinqin təsdiq olunmuş əsasnaməsinə görə, yarışlar orta ümumtəhsil və internat məktəblərində, liseylərdə təbiət fənlərinin, məktəbdənkənar müəssisələrin ekoloji dərnəklərinin tədris proqramlarına daxil edilmiş ekoloji mövzular üzrə VIII-XI sinif şagirdləri və müvafiq dərnəklərin üzvlərinin iştirakı ilə 3 mərhələdə nəzərdə tutulub. Birinci mərhələ rayon və şəhər ümumtəhsil məktəbləri arasında, ikinci mərhələ zonalar üzrə, üçüncü mərhələ - ümumrespublika yarışı Bakı şəhərində keçirilir. Yarışların bütün mərhələlərində 5 şagirddən ibarət komandalar mübarizə aparır. Rayon və ya şəhər üzrə yarışmada qalib gələn bir komanda zona üzrə, zona qalibləri isə ümumrespublika üzrə bilik yarışında iştirak etmək hüququ qazanır.
10 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekoloji Mərkəzində “Ekoerudit" məktəblərin ekoloji breyn-rinq bilik yarışının Respublika final turu keçirilmişdir.
Breyn-rinq bilik yarışının zona turunda qalib gələrək final turuna vəsiqə qazanan Azərbaycan Respublikası üzrə 9 şəhər və rayon olmaqla ümumilikdə 9 komanda - Pirallahı, Gəncə, Qaradağ, Səbail, Şirvan, Sumqayıt, Qax, Astara, Quba komandaları iştirak etdi. Yarış 3 turdan ibarət oldu, komandalara hər turda 6-sı açıq, 1-i əyani təcrübənin nümayişi və geniş izahı olmaqla 7 sual ünvanlandı.
3-cü turun nəticəsinə görə Azərbaycan Respublikası ümumtəhsil məktəbləri arasında keçirilən “Bilik yarışı”nın yekun nəticəsinə görə Pirallahı rayonunu təmsil edən 186 №-li tam orta məktəbin “Zəfər" komandası II yeri qazandı.
Qeyd edək ki, yarışın əsas məqsədi məktəblilərin ekoloji dünyagörüşünün, ətraf mühitə şüurlu münasibətinin formalaşdırılması və ekoloji mədəniyyətin tərbiyə edilməsidir.
Uğurlu nəticələrə görə məktəblilərimizi təbrik edirik!