Pirallahı rayonunda ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anıldı
11 dekabr 2015 | 11:00
Azərbaycan dövlətçiliyinin xilaskarı, görkəmli siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin əbədiyyətə qovuşmasının 12-ci ildönümü ilə əlaqədar Pirallahı rayonunda silsilə tədbirlər keçirilir, rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil və səhiyyə müəssisələrindəki tədbirlərdə Ulu Öndərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla anılır. Keçirilən tədbirlərdə müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin keçdiyi çətin və şərəfli həyat yoluna nəzər salınmış, bu dahi şəxsiyyətlə bağlı xatirələr bölüşülmüşdür.
“Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyən Dahi Heydər Əliyev həyatını Müstəqil Azərbaycanın uğurlu gələcəyinə həsr etdi. Ona tuşlanan təzyiqlərə mərdliklə sinə gərərək, dünyaya ulu Şərqdən Günəş kimi doğan Müstəqil Azərbaycan dövlətini qurdu. “Heydər-Xalq”, “Xalq-Heydər” sevgisi daimidir, əbədidir. O, bizdən cismən ayrılsa da ideyaları, əməlləri həmişə bizimlədir və qəlbimizdə daim yaşayacaqdır. Tədbirlərdə çıxış edənlər ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha işıqlı gələcəyə doğru inamla irəlilədiyini minnətdarlıq hissi ilə qeyd etmişlər.
Pirallahı rayonunda Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 400 nəfər rayon sakininin, o cümlədən şəhid ailələri, Qarabağ əlilləri, rayonda məskunlaşmış məcburi köçkünlərin iştirakı ilə keçirilmiş anım mərasimində ümummilli liderin müstəqil dövlətimizin qurulması və möhkəmləndirilməsi sahəsində çoxşaxəli və yorulmaz fəaliyyətindən, Azərbaycanın inkişafında misilsiz xidmətlərindən söz açdılar. Bu dahi şəxsiyyətin zaman və məkan anlayışına sığmayaraq öz xalqının təkcə sevimlisinə yox, həm də idealına çevrildiyi bildirildi.
Ümummilli liderimiz Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar anım tədbiri 29 saylı Uşaq Yaradıcılıq Mərkəzində də keçirildi. Tədbirdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.