5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib
04 mart 2025 | 16:33
4 mart 2025-ci il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Pirallahı Gənclər Evində 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş rayon müəllimləri arasında dama yarışı keçirilmişdir.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, BŞGİİ-nin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev və ATİAHİ Pirallahı rayon Komitəsinin sədri Arzu Cahangirova iştirak etmişdir.
Çıxış edən natiqlər belə tədbirlərin keçirilməsində əsas məqsədin bədən tərbiyəsi və idmanın kütləviliyini artırmaqdan, sağlam həyat tərzini təbliğ etməkdən, idmanın cəmiyyətdəki əhəmiyyətini önə çəkməkdən ibarət olduğunu qeyd edərək, sağlam rəqabət şəraitində keçiriləcək yarışda iştirak edən bütün komandalara uğurlar arzuladılar.
Gərgin mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən:
I yeri 186 nömrəli tam orta məktəbin,
II yeri 168 nömrəli tam orta məktəbin,
III yeri isə Y.Əliyev adına 235 nömrəli tam orta məktəbin komandası qazanmışdır.
Sonda qaliblər Bakı Şəhər Gənclər və İdman İdarəsinin kubok, diplom və medalları ilə təltif edilmişdir.
Tədbirdə qonaq qismində iştirak edən Xəzər rayonu, 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunmuşdur.