Pirallahı məktəbliləri üçün növbəti açıq dərs keçirildi
14 dekabr 2015 | 11:00
Pirallahı Rayon İcra Hakimiyyətinin və Bakı şəhəri üzrə Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Pirallahı rayonunda 11-ci sinifdə təhsil alan şagirdlərə ümummilli lider Heydər Əliyevin irsinin öyrədilməsi ilə bağlı silsilə tədbirlər davam etdirilir.
11 dekabr 2015-ci il tarixdə V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin akt zalında “20 yanvar faciəsi, Xocalı soyqırımı və azərbaycanlılara qarşı ermənilər tərəfindən həyata keçirilən 1918-ci il mart soyqırımına, həmçinin 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından deportasiyasına hüquqi-siyasi qiymətin verilməsi Ulu öndər Heydər Əliyevin siyasi məfkurəsinin və yüksək vətənpərvərliyinin bariz nümunəsi kimi” və “Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzularında keçirilən tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, 168, 231, 131, 235 №-li tam orta məktəblərin müəllim heyəti və 11-ci sinif şagirdləri iştirak etdilər.
168 nömrəli tam orta məktəbin tarix müəllimi Səkinə Sadıxova çıxış edərək bildirdi ki, Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixdə imzaladığı “Azərbaycanlılarının soyqırımı haqqında” fərmanla azərbaycanlılara qarşı müxtəlif illərdə mütəmadi olaraq törədilmiş soyqırımı cinayətlərinə, o cümlədən Xocalı soyqırımı ilk dəfə siyasi qiymət verildi. Fərmanda haqlı olaraq dünya ictimaiyyətinə çatdırıldı ki, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülüb, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Diqqətə çatdırıldı ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı, Bildirildi ki, bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir və soyqırımlar haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülür.
235 nömrəli tam orta məktəbin tarix müəllimi Təranə Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərindən, dahi rəhbərin milli–mənəvi dəyərlərimizin bərpasında və qorunmasında, milli ideologiyanın və mədəniyyətimizin inkişafındakı müstəsna xidmətlərindən danışdı. Qeyd olundu ki, ulu öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə milli-mənəvi dəyərlərə, tarixi-dini abidələrə, eləcə də dini icmaların və din xadimlərinin fəaliyyətinə yüksək qayğı göstərilir.
Tədbirin sonunda iştirakçılara ulu öndərin həyatından bəhs edən videoçarx nümayiş olundu və gənclərin sualları cavablandırıldı.