Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda səyyar qəbullar davam etdirilir

26 avqust 2022 | 18:29
    Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti qəbul keçirib. Rayon sakinlərinin iştirak etdiyi səyyar qəbul 26 avqust 2022-ci il tarixdə 186 nömrəli tam orta məktəbdə baş tutdu. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
    Vasif İmanov ilk öncə Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycan ordusunun nəzarətinə keçməsi münasibətilə görüş iştirakçılarını təbrik etdi.
     Sonra natiq bildirdi ki, bü gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür. Xeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu, mühüm xidmətləri danılmazdır. Xeyirxahlıqdan, nəcib əməllərdən, sosial layihələrdən danışarkən Mehriban Əliyevanın 2004-cü ildən bəri rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etməmək mümkün deyil. Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu Öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Birinci vitse-prezidentin fəaliyyətində ən mühüm məqamlardan, istiqamətlərdən birini, bəlkə də birincisini şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlər təşkil edir. Natiq Mehriban xanımın çoxşaxəli fəaliyyətinə toxunub, Birinci vitse-prezidentin rəhbərliyi altında həyata keçirilən sosial, humanitar və mədəni layihələrə diqqət çəkib. V.İmanov vurğulayıb ki, Mehriban Əliyevanın istər Heydər Əliyev Fondunun prezidenti, istərsə də Birinci vitse-prezident kimi fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.
        Sonra natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi.
        Natiq həmçinin bildirdi ki, avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev geniş nümayəndə heyəti ilə birgə ölkəmizə səfər etdi. Olduqca geniş gündəliyə malik olan bir günlük səfər çərçivəsində ölkə başçılarının təkbətək və çoxtərəfli görüşləri baş tutdu,  liderlər mətbuata bəyanatlarla çıxış etdi və hər iki ölkənin hökumət nümayəndələrinin iştirakı ilə 20-dən artıq sənəd imzalandı. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələyə qədəm qoymaqla bundan sonra iki ölkə arasında əlaqələr daha da möhkəmlənəcək. Ölkə başçısının da qeyd etdiyi kimi, Qazaxıstanla əlaqələrin möhkəmləndirilməsi bundan sonra da Azərbaycanın xarici siyasətinin prioriteti qalacaqdır.
     RİH başçısı bildirmişdir ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramlarına əsasən respublikamızın bölgələrində aparılan quruculuq və təmir-bərpa işləri Pirallahıda da uğurla həyata keçirilir.
     Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən, işsizlik, mənzil şəraitinin yaxşılaşdırılması və s. məsələlər ilə bağlı müraciət etdilər.  Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Keçidlər