Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda fəaliyyət göstərən 51 saylı Hərbiləşdirilmiş Yanğın Hissəsinin bir sıra əməkdaşları "Fəxri fərman"larla təltif edildi

17 dekabr 2015 | 11:00
   16 dekabr 2015-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə  bildirildi ki,  ümummilli lider Heydər Əliyev hər zaman insanların təhlükəsizliyinə xüsusi diqqət yetirib və bu prinsip Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Ölkə başçısının qayğısı sahəsində qurumun maddi-texniki və kadr potensialı getdikcə güclənir. İstənilən fövqəladə hadisənin tez və vaxtında qarşısının alınması üçün hər bir şəraitin olduğu bildirildi.
   Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qeyd etdilər ki, əhalinin təbii və texnogen qəzalardan qorunması üçün bundan sonra da bütün qüvvə və səylərini səfərbər edəcəklər.
   Tədbirin sonunda Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən 51 saylı Hərbiləşdirilmiş Yanğın Hissəsinin bir sıra əməkdaşları "Fəxri fərman"larla təltif edildi.
Keçidlər