Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilərimiz Bakı birinciliyinə lisenziya qazanıb

19 dekabr 2015 | 11:00
   Ulu öndərimiz Heydər Əliyevin idmanın inkişafı strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi, müasir idman infrastrukturunun yaradılması istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirilir, yeni-yeni idman obyektləri inşa olunur və istifadəyə verilir. Azərbaycan idmançıları yüksək səviyyəli beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edirlər.
    Respublikamızın bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da  idmanın inkişaf etdirilməsi  məqsədilə mütəmadi addımlar atılmaqdadır.
   Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin “Olimpiya Hərəkatı” layihəsi çərçivəsində keçirilən məktəblilərin Bakı şəhər birinciliyində Pirallahı rayonunun məktəbliləri də çox fəal iştirak etmişlər.
   Bu tədbirlər çərçivəsində   Pirallahı rayonunda Badminton, Velosiped, Atletika  və Basketbol üzrə rayon birincilikləri keçirilmişdir. Turnirlərdə Badminton, Atletika və Basketbol  üzrə birinci yeri 168, Velosiped üzrə isə 235 №-li tam orta məktəbin komandası qazanıb.
    Qeyd edək ki, I, II və III yeri tutan məktəblərin komandaları Bakı birinciliyi uğrunda yarışlarda iştirak etmək üçün lisenziya əldə edib. Şagirdlərimizin hər birinə bol uğur, müvəffəqiyyət arzu edirik.
Keçidlər