Şriftin ölçüsü :

Saytın rəngi :

Yüksək Texnologiyalar Parkında inşaat işləri davam etdirilir

23 dekabr 2015 | 11:00
       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 sentyabr 2013-cü il tarixində Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin  984 N-li Fərmanını imzalamışdır. Parkda resurs mərkəzlərinin yaradılması, kiçik və orta innovativ biznesin inkişafı, ixrac imkanlarının artırılması və informasiya-kommunikasiya texnologiyaları mütəxəssislərinin hazırlanması kimi vacib layihələrin həyata keçirilməsi planlaşdırılır.
     Ölkə başçımızın müvafiq fərmanı ilə Yüksək Texnologiyalar Parkı üçün Pirallahı adasında 50 hektar ərazi ayrılmışdır. 2015-ci ilin əvvəlində Pirallahı Adasında YTP-nın ilkin tikintisi işlərinə başlanılıb və hazırda üç əsas istiqamətlər üzrə işlər aparılır. Ərazidə tikinti işlərinin yekunlaşması və Parkın tam tikilməsi 5 ilə nəzərdə tutulub.
    Yüksək Texnologiyalar Parkın layihəsinə tikinti işləri dörd mərhələ üzrə aparılacaq.  İlk mərhələdə burada inzibati ofis, təhsil, tədris mərkəzinin və kommersiya mərkəzinin yaradılması nəzərdə tutulur. Burada həmçinin, startupların ehtiyaclarına görə  müasir laboratoriyalar və müəyyən test avadanlıqları da quraşdırılacaq. Bundan başqa Pirallahı Yüksək Texnologiyalar  Parkının Tədris Mərkəzinin inşası nəzərdə tutulub. Mərkəzinin qurulması başa çatdıqdan sonra xarici  ixtisaslaşmış məktəblərdən nümayəndələr dəvət olunacaq, startuplara qısa müddətli kurslar təşkil ediləcək. Hazırda xarici məktəblərlə bu istiqamətdə müvafiq  danışıqlar aparılır.
   Qeyd edək ki,  artıq  “Yüksək Texnologiyalar Parkı”nın hasarının çəkilməsi başa çatdırılmışdır, ərazidə layihəyə uyğun inşaat işləri aparılır, Shouroom (Nümayiş zalı) adlı ilk tikilinin inşası artıq yekunlaşıb. Yaxın vaxtlarda digər  obyektlərin, o cümlədən tədris mərkəzinin, ofis binalarının və İnkubator idarəetmə ofisinin də  təməlqoyma mərasimi  planlaşdırılır. Hazırda YTP ərazisindən keçən yol gələcəkdə dəniz kənarına keçiriləcək və bu magistral xətt tamamilə Yüksək  Texnologiyalar Parkına məxsus olacaq.  Layihə tam fəaliyyətə başlayandan sonra Parkda 3 minə yaxın işçi çalışacaq.
Keçidlər