Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniyaya yox deyək!” rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı

25 dekabr 2015 | 11:00
   Dekabrın 25-də Pirallahı Rayon İcra Hakimiyyətində  “Narkomaniyaya yox deyək!” rəsm müsabiqəsinin sərgisi keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun təhsil müəssisələrinin şagirdləri, eləcə də ictimaiyyətin nümayəndələri iştirak etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov və digər fəxri qonaqlar sərgi ilə yaxından tanış oldular və bütün sərgi iştirakçılarına yeni-yeni uğurlar arzuladılar.
   Tədbiri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov açaraq yaşadığımız dövrdə bütün bəşəriyyəti düşündürən və narahat edən ən ciddi problemlərdən biri olan narkomaniya və onun törətdiyi fəsadlar haqqında danışdı. Bildirdi ki, Azərbaycan dövləti narkomaniyaya qarşı  ciddi şəkildə mübarizə aparır, onun yaratdığı problemlərin aradan qaldırılması istiqamətində ölkəmizdə müxtəlif işlər görür. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin narkomanlığa və narkotik  maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək imzalamış olduğu Fərmanları xüsusi olaraq qeyd etdi. Narkomaniya ilə mübarizə və bu sosial bəlanın bütün cəmiyyəti əhatə etməməsi üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düşünülmüş, səmərəli şəkildə aparılmasının vacibliyini vurğuladı. Bu kimi tədbirlərin narkomaniyaya qarşı mübarizədə həm maarifləndirmə işi, həm də yaradıcı insanların fikir və duyğularının cəmiyyətə çatdırılması üçün bir imkan olduğunu vurğulayan V.Səfixanov buna görə iştirakçılara öz minnətdarlığını bildirdi.
   Tədbirin sonunda mövzu ilə bağlı maarifləndirici bukletlər paylanıldı və rəsm müsabiqəsində iştirak edən məktəblilərdən üç ən yaxşı rəsm müəllifi Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələrlə təltif olundu.
Keçidlər