Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda idmanın inkişafına daim diqqət göstərilir

28 dekabr 2015 | 11:00
   Ulu öndər Heydər Əliyevin Azərbaycanın sağlam gələcəyi naminə həyata keçirdiyi idmanın inkişafı strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir.
   1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Cənab İlham Əliyevin gərgin əməyi nəticəsində hazırda Azərbaycan dünya arenasında idman ölkəsi kimi tanınır. Son on il ərzində Azərbaycanda 300-dən artıq beynəlxalq səviyyəli idman tədbiri yüksək səviyyədə keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə idmanın kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi məqsədi ilə Pirallahı rayonunda da tədbirlər görülür.
   20 dekabr tarixində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Şağan Olimpiya İdman Kompleksində Free Fighting üzrə turnir keçirilmişdir. Müxtəlif yaş qrupları üzrə keçirilən yarışda Pirallahı Kempoçusu 15, 16, 17 yaş qrupunda Yaqubov Murad fəxri kürsünün ən  yüksək pilləsinə qalxmış, uşaqlar arasında isə Hüseynzadə Hikmət gümüş medalçı olmuşdur. Xatırladaq ki, Kempo döyüş növü idman ustası, kombat ciu-citsu 2-ci dan qara kəmər, Seymur Yusibovun  rəhbərliyi ilə 3 ildir Pirallahı rayonunda  təbliğ olunur. Pirallahı Kempoçuları bir sıra turnirlərdə, o cümlədən respublika və dünya səviyyəli yarışlarda fərqlənmişlər.
   Qeyd edək ki, Qarabağ müharibəsi veteranı, Pirallahı qəsəbəsində yerləşən 186 №-li tam orta məktəbin fiziki tərbiyə müəllimi Mübariz Xudaverdiyev Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən "Nərd" üzrə Azərbaycan Respublikası Açıq çempionatında III yeri qazanmışdır.
Keçidlər