Rayon əhalisinin sayı 20000-i ötdü
29 dekabr 2015 | 11:00
Bu ilin dekabr ayı üçün əldə edilmiş məlumata əsasən, Pirallahı rayonunun əhalisi 20000-i ötmüşdür. Qeyd etmək yerinə düşər ki, məhz bu il dekabr ayının 21-də Pirallahı rayonunun yaradılmasının 3 ili tamam oldu və 3 il bundan əvvəl rayon təşkil edilərkən onun əhalisinin sayı 19 274 nəfər olmuşdu. Rayon əhalisinin 17856 nəfərini azərbaycanlılar, 448 nəfərini ləzgilər, 1076 nəfərini ruslar, 158 nəfərini tatarlar, 391 nəfərini talışlar, 39 nəfərini ukraynalılar, 22 nəfərini yəhudilər, 14 nəfərini isə digər millətlərin nümayəndələri təşkil edir. Rayon əhalisinin milli tərkibinin müxtəlif olmasına rəğmən, burada dini tolerantlıq mədəniyyəti və multikulturalizm ənənələri yüksək səviyyədə qorunub saxlanılır. Əsasən də gənclərin sağlam düşüncəli inkişafına və tolerant ruhda böyüməsinə xüsusi diqqət yetirilir.
Rayonunun inzibati ərazi vahidinə 4 qəsəbə - Pirallahı, Çilov, Neft Daşları və Gürgən qəsəbələri daxildir. Ölkə rəhbərinin müvafiq qərarı nəticəsində hazırda Pirallahı rayonunun ümumi ərazisi 3 496 ha-dan 7 112 ha-ra qədər artmışdır.
İşğalçı Ermənistanın qəsb etdiyi Azərbaycan ərazilərindən məcburi köçkün düşmüş 245 ailə - 903 nəfər soydaşımız hazırda rayonun bir sıra yaşayış sahələrində, o cümlədən köhnə xəstəxana, sanatoriya və uşaq bağçalarında, bağ sahələrində məskunlaşmışlar.