Pirallahı rayonunda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni – 2016-cı il münasibətilə silsilə tədbirlər keçirilir
30 dekabr 2015 | 11:00
Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına əsasən rayonun idarə və müəssisələrində hərtərəfli hazırlıq işləri reallaşdırılmış, bayram ərəfəsində körpələr evi-uşaq bağçalarının yetirmələrinə, həmçinin orta məktəblərin ibtidai sinif şagirdlərinə paylanması nəzərdə tutulan ümumilikdə 500-dən çox Yeni il hədiyyəsi hazırlanmışdır. Pirallahı, Çilov və Neft Daşları qəsəbələrinin ərazisində əsas küçələr və parklar bayramsayağı bəzədilmişdir.
Dekabrın 24-də ilk olaraq Yeni il şənliklərinə körpələr evi-uşaq bağçalarında start verildi. “Çobanyastığı”, “Cırtdan”, “Bulaq”, “Qağayı”, eləcə də Çilov qəsəbəsindəki körpələr evi-uşaq bağçasının kiçik yaş qruplarında bayram tədbirləri keçirildi. Tədbirlərdə iştirak edən Pirallahı RİH Aparatının məsul əməkdaşları körpələrə rayon rəhbərliyinin bayram təbriklərini yetirdilər və Yeni il hədiyyələrini təqdim etdilər. Sonrakı gün bayram tədbirləri körpələr evi-uşaq bağçalarının orta və yuxarı yaş qruplarında davam etdirildi. Dekabrın 29-da Yeni il şənlikləri Çilovdakı 131 №-li və Gürgəndəki 231 №-li orta məktəblərdə, Pirallahı qəsəbəsindəki 168, 186, 235 və 243 №-li tam orta məktəblərdə və 29 №-li Uşaq Yaradıcılıq Mərkəzində, digər idarə və müəssisələrdə keçirilir.
Dekabrın 30-dd ümumrayon bayram şənliyi Vaqif Mustafazadə adına Mədəniyyət Sarayında təşkil olundu. Tədbir saat 12.00-da başlandı. Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəzir Səfixanov rayon sakinlərini 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni – 2016-ci il münasibətilə Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun adından ürəkdən təbrik etdi, hər kəsə can sağlığı və bol-bol yeni il sevincləri arzuladı. V. Səfixanov bildirdi ki, yola saldığımız 2015-ci il Azərbaycan dövlətinin və cəmiyyətinin qarşısında duran vəzifələrin həyata keçirilməsi, daxili və xarici siyasət məsələlərinin həlli baxımından mühüm il oldu. Ölkə iqtisadiyyatının inkişaf dinamikası, iqtisadi və sosial proqramların icrası, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması davam etdirildi, əhalinin sosial rifahının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirildi, Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənildi, milli təhlükəsizlik və sabitlik təmin olundu. Prezident İlham Əliyevin müstəqil, düşünülmüş və çevik siyasi kursu sayəsində Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunur, itkilər minimuma endirilib, ölkəmiz öz uğurlu inkişafını davam etdirib. Bu ilin 11 ayında Azərbaycanda iqtisadi artım 3,1 faiz, ölkə üzrə ümumi daxili məhsul istehsalı 50 milyard dollar təşkil edir. Əlamətdar haldır ki, bu artım əsasən qeyri-neft sektorunun hesabına əldə olunub. 2015-ci ildə qeyri-neft iqtisadiyyatı 4 faizdən çox yüksəlib və onun iqtisadiyyatda çəkisi 70 faizə çatıb. İl ərzində sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi isə 7,7 faiz artıb. Bu il ölkə iqtisadiyyatına bütün mənbələrdən 20 milyard dollar sərmayə qoyulub, onlardan 9 milyardı daxili, 11 milyardı xarici sərmayə olub. Bu da onu göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə olaraq qalır. Ölkədə 87 min yeni iş yeri yaradılıb, 2004-cü ildən bu günədək açılmış yeni iş yerlərinin sayı 1,4 milyonu keçib ki, onun da böyük əksəriyyəti daimi iş yerləridir.
Diqqətə çatdırıldı ki, bu il Bakı şəhəri tarixdə ilk dəfə olaraq keçirilən birinci Avropa Oyunlarına ev sahibliyi etdi və dövlətimiz və cəmiyyətimiz qarşısında duran ən böyük sınaqlardan biri oldu. Yay Olimpiya oyunları səviyyəsində keçirilən birinci Avropa Oyunları dünya idman tarixində yeni bir səhifə açdı.
Azərbaycanın tam müstəqil siyasət yürüdən dövlət kimi beynəlxalq aləmdə öz nüfuzunu və mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdiyini, demokratik, şəffaf və beynəlxalq standartlara uyğun parlament seçkilərinin keçirildiyini qeyd edən V.Səfixanov Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ildə də, ondan sonrakı illərdə də sürətlə inkişaf edəcəyinə, xalqımızın rifah halının durmadan yüksələcəyinə əminliyini ifadə etdi.
Daha sonra yolkanın ətrafına rayonun kiçik yaşlı sakinləri dəvət edildi. Körpə fidanlar küknar ağaçın ətrafında dövrə vurdular, rəqs etdilər, mahnı oxuyub şeir söylədilər. Tapmacalara doğru cavab verənlər hədiyyələrlə mükafatlandırıldılar. Bayram şənliyi Şaxta baba, Qar qız, şən klounlar və incəsənət ustalarının, rayon məktəblilərinin iştirakı ilə axşam saatlarınadək davam etdi. Pirallahı rayonunda Yeni il şənliklərinin sonrakı günlərdə də davam etdirilməsi nəzərdə tutulmuşdur.