Pirallahı rayonunda abadlıq-quruculuq işləri davam etdirilir
06 yanvar 2016 | 11:00
Respublikamızın bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Pirallahı qəsəbəsində (K.Rzayev, Fioletov küçələrində və 28, 29, 40-cı məhəllələrdə) ümumilikdə 22 yaşayış binasından 19-da təmir işləri tamamlanmışdır. Həmin binalarda tikinti normalarına cavab verməyən qeyri-qanuni inşa edilmiş eyvanlar sökülmüş, yeni müasir eyvanlarla əvəz olunmuşdur. Bundan başqa, binaların qapı və pəncərələri yenilənmiş, fasadları isə yüksək keyfiyyətli boya ilə rənglənmişdir.
Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca ümumi uzunluğu 1840 metr olmaqla yeni hasarlar inşa edilir, mövcud hasarlar isə əsaslı təmir olunur. Hal-hazırda bu istiqamətdə işlər S.Vurğun küçəsində aparılır.
Baş Plan - Müfəssəl Planlaşdırma Layihəsi əsasında rayonun Pirallahı qəsəbəsində görülən abadlıq-quruculuq işləri ilə əlaqədar ərazidə yerləşən mühəndis-kommunikasiya xətlərinin və qurğularının yerlərinin dəyişdirilməsi, yeni xətlərin çəkilməsi və köhnə xətlərin ləğv edilməsi işləri uğurla həyata keçirilir. Qeyd edək ki, Səməd Vurğun küçəsində magistral yolla kəsişən 219 mm-lik orta təzyiqli qaz xəttinin 60 metrlik hissəsinin 160 mm-lik yeraltı plastik boru ilə, 28-ci məhəllədəki binalara çəkilmiş 102 mm-lik aşağı təzyiqli qaz xəttinin 110 mm-lik və orta təzyiqli 159 mm-lik xəttin isə 160 mm-lik plastik borularla, ümumilikdə 340 metrlik hissənin yeraltı xətlərlə əvəz olunması, həmçinin S.Vurğun küçəsində 60 mm-lik diametrli aşağı təzyiqli qaz xəttinin 360 metr məsafədə əvəzlənməsi istiqamətində işlər aparılır.
Bütün görülən işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılır. Hal-hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.