Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində “Vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və sənədlərlə işin vəziyyəti” mövzusunda toplantı keçirildi

08 yanvar 2016 | 11:00
      07 yanvar 2016-ci  il tarixində Pirallahı Rayon İcra Hakimiyyətində “Dövlət hakimiyyəti orqanlarının yerli qurumlarında vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və sənədlərlə işin vəziyyəti” mövzusunda növbəti iclas keçirildi. İclasda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Pirallahı  rayon inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etdilər.
    Tədbirdə çıxış edən RİH Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Mahir Qarayev qeyd etdi ki,  Rayon İcra Hakimiyyəti başçısının Aparatında sənədlərlə və vətəndaşların müraciətləri ilə işin təşkili ilə bağlı və bu sahədə qüvvədə olan aktların, eləcə də digər sənədlərin tələblərinə uyğun olaraq aparılmalıdır. Bildirildi ki, dövlət başçısının imzaladığı fərmanla tətbiq olunan “Vətəndaşların müraciətləri haqqında” qanun normativ hüquqi bazanın daha da təkmilləşdirilməsinə və müasirləşdirilməsinə xidmət edəcək.
     Toplantıda Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov tərəfindən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Aparatına daxil olan nümunəvi iş nomenklaturunun layihəsi ətraflı müzakirə olundu.
     Sonda bildirildi ki, sənədlərlə işin təşkilində iş nomenklaturunun siyahısının tərtib olunması, aidiyyəti qovluqların açılması, müvafiq qaydalara uyğun jurnalların səhifələrinin nömrələnməsinə diqqət yetirilməlidir. Bundan başqa, vətəndaşların ərizə, şikayətlərini yaradan səbəblər araşdırılmalı və vaxtında aradan qaldırılması üçün lazımi tədbirlər görülməlidir.
Keçidlər