Pirallahıda idmanın inkişafı daim diqqət mərkəzindədir
14 yanvar 2016 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə idmanın kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi məqsədi ilə Pirallahı rayonunda müvafiq tədbirlər görülür.
13 yanvar 2015-ci il tarixində rayonumuzda “Pirallahıda idmanın inkişafı daim diqqət mərkəzindədir” başlığı altında tədbir keçirildi. Tədbirdə “Togrul” Şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubunun yaradıcısı və prezidenti, Ciu-citsu üzrə 7-ci dan, kempo üzrə 4-cü dan, Şotokan Karate-do 2-ci dan Şərq əlbəyaxa Döyüş növləri üzrə Əməkdar məşqçi Rauf İbrahimov, məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
İdmançılar tərəfindən göstərilən müxtəlif idman fəndləri və mövzuya dair videoçarx tədbir iştirakçılar tərəfindən böyük maraqla izlənildi.
Qeyd edək ki, Rayon İcra Hakimiyyəti tərəfindən rayonda gənclər siyasəti və idmanın inkişafı istiqamətində mütəmadi olaraq işlər aparılır. Bu işlər gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, zərərli vərdişlərin profilaktikası, gənclərə sağlam həyat tərzinin aşılanması, gənclərin problemlərinin həllinə dəstək, istedadlı gənclərin aşkar olunmasına şərait yaradır. İdman sahəsində müxtəlif idman yarışları və turnirlər keçirməklə rayonda həm idmanın inkişafı həm də kütləviliyinin artırılması sahəsində tədbirlər həyata keçirilir.