Pirallahı rayonunda qiymət artımına qarşı komissiyanın növbəti iclası keçirildi
15 yanvar 2016 | 11:00
Pirallahı rayonunda süni qiymət artımının qarşısının alınması məqsədi ilə Rayon İcra Hakimiyyəti aidiyyəti qurumların nümayəndələri ilə birgə istehlak bazarına nəzarəti gücləndirib. İstehlak bazarında və sahibkarlıq fəaliyyətində sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması məqsədilə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının 27 fevral 2015-ci il tarixli sərəncamı ilə Komissiya yaradılıb.
15 yanvar 2016-cı il tarixdə Komissiyanın işinin səmərəli təşkili məqsədilə yaradılmış “İşçi Qrupu”nun növbəti iclası təşkil olundu. İclasda Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov və rayonda süni qiymət artımının qarşısının alınması üçün yaradılmış komissiyanın tərkibində fəaliyyət göstərən “İşçi Qrupu”nun üzvləri iştirak etdilər. Yığıncaqda komissiyanın üzvlərinin rayon ərazisində yerləşən bazarlara topdan və pərakəndə satış mağazalarına gündəlik nəzarət tədbirlərinin gücləndirilməsi müzakirə olundu.
Qeyd olundu ki, komissiya üzvlərinin aidiyyəti dövlət qurumları ilə birlikdə gördüyü tədbirlər nəticəsində rayonda əsas ərzaq məhsullarının və dərman preparatlarının satış qiymətlərinin əvvəlki səviyyədə saxlanılması təmin edilmiş, xüsusilə çörək və ərzaq səbətinə daxil olan bir sıra məhsulların satış qiymətində artım müşahidə olunmayıb.
Prezident İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq Rayon İcra Hakimiyyəti aidiyyəti qurumlarla birgə istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparır, qiymət artımının səbəblərini araşdırır və müvafiq tədbirlər görür. Rayon ərazisində qiymətlərin süni şişirdilməsi, qiymətlərdə manipulyasiya hallarına yol verən istehsalçılar, idxalçılar və ticarət obyektləri barədə bundan sonra da qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcək.