Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı məktəblilərinə növbəti açıq dərs keçirildi

18 yanvar 2016 | 11:00
    Pirallahı Rayon İcra Hakimiyyətinin və  Bakı şəhəri üzrə Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə ümummilli lider Heydər Əliyev irsinin öyrədilməsi ilə bağlı keçirilən açıq dərslər davam etdirilir.
   17 yanvar 2016-cı il tarixində “Heydər Əliyev və əsrin müqaviləsi” mövzusunda keçirilən  növbəti açıq dərsdə  Pirallahı Rayon İcra Hakimiyyətinin, rayon məktəblərin müəllim heyəti, 235, 243 və 186 №-li tam orta məktəblərin rus bölmələrinin 11-ci sinif şagirdləri  iştirak etdilər.
   Tədbirdə 235 №-li tam orta məktəbin tarix müəllimi Tatyana Komorovskaya çıxış edərək, Azərbaycanın neft sənayesinin, ümumiyyətlə iqtisadiyyatının inkişafında yeni dövrün əsasının qoyulduğunu qeyd etdi. Bildirdi ki, “Əsrin müqaviləsi”nin imzalanması ilə başlamış yeni dövr XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi. Müqavilənin imzalanması və uğurla həyata keçirilməsi istiqamətində görülmüş işlər nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu xeyli yüksəlmişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bağlanmış bu müqavilə Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasında yeni dövrün əsasını qoydu. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli neft  strategiyasının gerçəkləşməsi və beynəlxalq neft şirkətləri ilə sazişlərin imzalanması sayəsində ölkənin neft ehtiyatlarının istismarına çoxmilyardlı xarici investisiyalar cəlb edildi. Müqavilənin imzalanması ilə xalqımızın öz sərvətləri üzərində sahiblik hüququ bir daha təsdiq edildi, eyni zamanda Azərbaycan iqtisadiyyatının dünyaya açıq olması bir daha nümayiş etdirildi. Diqqətə çatdırıldı ki, bu gün Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan Respublikasının sükanı etibarlı əllərdədir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həllini gözləyən istənilən dövlət əhəmiyyətli məsələ ilə bağlı konkret proqramlar hazırlanır və onlar uğurla icra edilir.
    Qeyd edək ki, 11-ci sinif şagirdləri üçün dahi şəxsiyyətin irsinin öyrənilməsi ilə bağlı dərslərdə Pirallahı rayonunun bütün məktəblərinin şagirdlərinin iştirakı nəzərdə tutulub.
Keçidlər