Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda mütəmadi olaraq monitorinqlər aparılır

22 yanvar 2016 | 11:00
    Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında geniş müzakirə olunan məsələlərdən biri manatın məzənnəsinin aşağı düşməsi ilə qiymətlərin artması, süni bahalaşmaya son qoyulması və bu sahədə çox ciddi cəza tədbirlərinin görülməsi idi.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq Rayon İcra Hakimiyyəti aidiyyəti qurumlarla birgə istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparır, qiymət artımının səbəblərini araşdırır və müvafiq tədbirlər görürlər.
   20-22 yanvar 2016-cı Pirallahı Rayon İcra Hakimiyyəti başçısının iştirakı ilə növbəti monitorinqlər keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov rayonun satış mərkəzlərində olmuş, əhali ilə söhbət etmiş, ərzaq məhsullarının qiymətləri ilə maraqlanmışdır. İcra başçısı satış mərkəzlərində olarkən əhalinin istehlak səbətinə daxil olan ərzaq məhsullarının qiymətində ciddi artım müşahidə edilmədiyini, rayonda süni mal qıtlığının mövcud olmadığını müəyyənləşdirdi.
   Qeyd edək ki, istehlak bazarında süni qiymət artımının qarşısını almaq məqsədilə Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılıb.  Komissiyanın üzvləri hazırda rayon ərazisində yerləşən satış mağazalarına gündəlik nəzarət tədbirləri həyata keçirirlər.
    Rayon ərazisində qiymətlərin süni şişirdilməsi, qiymətlərdə manipulyasiya hallarına yol verən istehsalçılar, idxalçılar və ticarət obyektləri barədə bundan sonra da qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcək.
Keçidlər