Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Gürgən qəsəbə İƏD-si üzrə nümayəndəliyində hesabat yığıncağı keçirildi
22 yanvar 2016 | 11:00
21 yanvar 2016-cı il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Gürgən qəsəbə İƏD-si üzrə nümayəndəliyinin 2015-ci ilin yekunlarına həsr olunmuş hesabatında il ərzində qəsəbədə görülmüş işlərdən söz açılmış, qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları müzakirə edilmişdir. Tədbirdə Pirallahı RİH-in səlahiyyətli nümayəndələri, təsərrüfat xidmətlərinin rəhbərləri, təhsil işçiləri, iş adamları, ziyalılar, Ağsaqqallar Şurasının və Gürgən Bələdiyyəsinin üzvləri, eləcə də qəsəbə sakinləri iştirak etmişlər.
Hesabat məruzəsi ilə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Gürgən qəsəbə İƏD-si üzrə nümayəndəsi Həsən Niftəliyev bildirdi ki, Gürgən qəsəbə nümayəndəliyi öz işini 2015-ci il üçün hazırlanmış, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun təsdiq etdiyi iş planı əsasında qurmuşdur. Qeyd edildi ki, hesabat dövrü İ.Məcidov, E.Hüseynov küçələrində, mərkəzi magistral yolda və Dübəndi bağ massivinin mövcüd mərkəzi küçələrində təmizlik işləri aparılmış, məişət tullantıları 153 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən daşınmışdır. Qəsəbə sakinlərinin su, qaz və elektrik təminatı yaxşılaşdırılmışdır. Gürgən qəsəbəsi il ərzində dayanıqlı elektrik enerjisi ilə təmin edilmiş, həmçinin İ.Məcidov küçəsində 23 ədəd gecə işıqlandırılma dirəyi təmir edilmişdir. İl ərzində Gürgən qəsəbəsində xeyli yaşıllıqlar salınmış, minlərlə nar, zeytun və dekorativ ağaclar əkilmişdir. Əkilmiş ağacların və yaşıllıqların vaxtlı-vaxtında suvarılması təşkil edilməkdədir. Mütəmadi olaraq Mənzil İstismar Sahəsinin və Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının köməyi ilə qəsəbənin mərkəzi yolunda, daxili küçələrində sanitar-təmizlik işləri həyata keçirilmişdir. Yay mövsümündə Dübəndi ərazisində dəniz kənarında bir çox sakinlərin müraciətini nəzərə alaraq yeni çimərlik təşkil edilmişdi. Orada 15 ədəd gündən qorunmaq üçün çətir quraşdırılmış, təmizliyin qorunması üçün 4 ədəd zibil qutusu qoyulmuşdur.
Qəsəbə sakinləri Nərminə Əliyeva, Mehparə Mansırova çıxış edərək, ölkə başçısının tapşırıqlarına müvafiq olaraq rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə minnətdarlıqlarını bildirdilər, qəsəbədə bəzi sosial məsələlərin həllinə köməklik göstərilməsini xahiş etdilər. Bundan əlavə Həsən Niftəliyevin 2015-ci il üçün görülən işlərin qənaətbəxş hesab edilməsi təklif olundu.
Hesabat yığıncağında Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov nümayəndəliyin 2014-cü ildə gördüyü işlərə münasibət bildirərək ümumilikdə nümayəndəliyin fəaliyyətini qənaətbəxş qiymətləndirdi, bununla belə bəzi nöqsan və çatışmazlıqların olduğunu da qeyd etdi. Daha sonra V.Səfixanov bildirdi ki, 2015-ci il Azərbaycan dövlətinin və cəmiyyətinin qarşısında duran vəzifələrin həyata keçirilməsi, daxili və xarici siyasət məsələlərinin həlli baxımından mühüm il oldu. Ölkə iqtisadiyyatının inkişaf dinamikası, iqtisadi və sosial proqramların icrası, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması davam etdirilir. Əhalinin sosial rifahının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilir, Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənir, milli təhlükəsizlik və sabitlik təmin olunur. Prezident İlham Əliyevin müstəqil, düşünülmüş və çevik siyasi kursu sayəsində Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunur, itkilər minimuma endirilib, ölkəmiz öz uğurlu inkişafını davam etdirib. Daxili iqtisadiyyat artıb. Ümumi daxili məhsul 1% çox, sənaye istehsalı 2,4%, qeyri-neft sənayesi 8,4% artmışdır. Keçən il ölkə iqtisadiyyatına 20 mlrd dollara yaxın sərmayə qoyulmuşdur. Bunun da yarısı xarici sərmayədir. Bu da onu göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə olaraq qalır. Ölkədə 100 mindən çox iş yeri açılmışdır, onun da böyük əksəriyyəti daimi iş yerləridir. Diqqətə çatdırıldı ki, bu il Bakı şəhəri tarixdə ilk dəfə olaraq keçirilən birinci Avropa Oyunlarına ev sahibliyi etdi və dövlətimiz və cəmiyyətimiz qarşısında duran ən böyük sınaqlardan biri oldu. Yay Olimpiya oyunları səviyyəsində keçirilən birinci Avropa Oyunları dünya idman tarixində yeni bir səhifə açdı.
Cari ildə qəsəbənin sosial-iqtisadi inkişafında görüləcək tədbirlər haqqında danışan V.Səfixanov Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Pirallahı rayonunun daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən söz açdı.
Sonda toplantı iştirakçılarının yekdil qərarı ilə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Gürgən qəsəbə İƏD-si üzrə nümayəndəliyinin 2015-ci ildə gördüyü işlər, hesabatı nəzərə alınaraq, qənaətbəxş hesab olundu.