Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Çilov qəsəbə İƏD-si üzrə nümayəndəliyinin sosial-iqtisadi inkişafı yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş illik hesabat yığıncağı keçirildi

23 yanvar 2016 | 11:00
   22 Yanvar 2016-cı il tarixində Çilov qəsəbəsindəki “28 May” NQÇİ-nin konfrans zalında Pirallahı  Rayon İcra Hakimiyyəti başçısının Çilov qəsəbə İƏD-si üzrə nümayəndəliyinin 2015-ci ilin sosial-iqtisadi inkişafın yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş illik hesabat yığıncağı keçirildi. Tədbirdə Pirallahı rayonunun rəhbərliyi, Çilov adasındakı təsərrüfat xidmətlərinin rəhbərləri, təhsil və səhiyyə işçiləri, Çilov – Neft Daşları Bələdiyyəsinin üzvləri, eləcə də qəsəbə sakinləri iştirak etdilər.
  Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Çilov qəsəbə İƏD-si üzrə nümayəndəsi Qəzənfər Süleymanov 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş illik hesabatı məruzə etdi. Məruzədə nümayəndəliyin rayon ərazisində keçirilən tədbirlərdə və rayonun ictimai-siyasi həyatında yaxından iştirak etdiyini vurğulandı. Q. Süleymanov bildirdi ki, ötən il ərzində Mədəniyyət evi təmir olunmuş, çay evi tikilib istifadəyə verilmişdir. Pirallahı RİH-in və “28 May” NQÇİ-in köməkliyi ilə 54300 zeytun, şam və dekorativ ağaclar əkilərək Çilov adası yaşıllıqlar məskəninə çevrilmişdir. D.Kiselyov, Bünyadzadə və Caparidze küçələrində abadlıq işləri aparılmışdır. Bütün küçələrə zibil qutuları qoyulmuş və tullantılar hər gün yığılaraq utilizə olunur. Mütəmadi olaraq Mənzil Kommunal Təsərrüfatı əməkdaşlarının köməyi ilə qəsəbənin mərkəzi yolunda, daxili küçələrində sanitar-təmizlik işləri həyata keçirilmişdir. Qəzənfər Süleymanov görülən işlərdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun və “28 May” NQÇİ-nin rəhbərliyinin göstərdiyi köməyi xüsusi vurğulamışdır. 2016-cı ildə yerinə yetirilməli olan işlər sırasında 16 saylı Birləşmiş Şəhər Xəstəxanasının əsaslı təmiri, qəsəbədə əhaliyə telefon xidmətinin yaxşılaşdırılması, bankomatın qurulması qeyd edildi.
    Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının ərazi  idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Manaf Manafov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, ölkəmizin bütün guşələrində olduğu kimi, Pirallahı rayonunda da abadlıq-quruculuq işləri aparılır. Manaf Manafov ötən il rayonda aparılan işlər haqqında ətraflı məlumat verdi və bildirdi ki,  RİH tərəfindən görülən işlər gələcəkdə Çilov qəsəbəsinin də nümunəvi bir yaşayış məntəqəsinə çevrilməsinə əlverişli şərait yaradacaqdır.
   “28 May” NQÇİ-nin sosial məsələlər üzrə rəis müavini Mətləb Qarayev, Çilov – Neft Daşları Bələdiyyəsinin sədri Mahmud Məmmədov, 16 saylı BŞX-nin baş həkimi Vaqif Nuriyev, neftçi Əli Hüseynov dinlənilən hesabata münasibət bildirdilər. Toplantı iştirakçılarının yekdil qərarı ilə Pirallahı  Rayon İcra Hakimiyyəti başçısının Çilov qəsəbə İƏD-si üzrə nümayəndəliyinin 2015-ci ildə gördüyü işlər, hesabatı nəzərə alınaraq, qənaətbəxş hesab olundu.
Keçidlər