“Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı” mövzusunda açıq dərs keçirildi
25 yanvar 2016 | 11:00
Pirallahı Rayon İcra Hakimiyyəti və Bakı Şəhəri üzrə Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə V. Mustafazadə adına Mədəniyyət Mərkəzinin lektoriya zalında 11-ci sinifdə təhsil alan şagirdlərə “Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı” mövzusunda növbəti açıq dərs keçirildi. Açıq dərsdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, 243, 186, 168 №-li tam orta məktəblərinin müəllim heyəti və şagirdləri iştirak etdilər.
Tədbirdə çıxış edən Pirallahı rayon 243 №-li tam orta məktəbin tarix müəllimi Famil Hüseynov bildirdi ki, 1993-cü ilin iyun günlərində ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Naxçıvandan başlamış qurtuluş mübarizəsi özünün yeni, həlledici mərhələsinə qədəm qoydu, bütün Azərbaycanın qurtuluşu başlandı. Bu dövrdə Heydər Əliyev doğma xalqının önündə gedərək Azərbaycanı tarixinin ən qanlı burulğanından çıxara bildi, Vətənin qurtuluş savaşına başçılıq etdi və Azərbaycan tarixinə Qurtuluş mübarizəsinin qalibi kimi daxil oldu. Azərbaycan dövlətçiliyini – siyasi varlığımızı yox olmaq təhlükəsindən xilas etdi və tariximizdə həm də, Azərbaycan dövlətçiliyinin xilaskarı kimi çox şərəfli bir ad qazandı. Bu şanlı tarixi missiyasını Heydər Əliyev son dərəcə çətin, mürəkkəb və ziddiyyətli tarixi şəraitdə yerinə yetirdi. Hazırda davam etməkdə olan dövr mahiyyətcə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi uğrunda mübarizə və Yeni Müstəqil Azərbaycanın qurulması dövrüdür.
Tədbir zamanı iştirakçılara Ulu Öndərin həyatından bəhs edən videoçarx nümayiş olundu. Sonda şagirdləri mövzuya dair maraqlandıran suallar cavablandırıldı.
Xatırladaq ki, 11-ci sinif şagirdləri üçün dahi şəxsiyyətin irsinin öyrənilməsi ilə bağlı dərslər Pirallahı rayonunun bütün məktəblərinin iştirakı nəzərdə tutulub.