Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı idmançıları yeni uğurlara imza atdılar

01 fevral 2016 | 11:00
   Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev digər sahələrlə yanaşı idmanın inkişafına da böyük önəm verirdi. Bu gündə idmanın inkişafı onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi, müasir idman infrastrukturunun yaradılması istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirilir, yeni-yeni idman obyektləri inşa olunur və istifadəyə verilir. Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edirlər.
   Respublikamızın bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da  idmanın inkişaf etdirilməsi  məqsədilə mütəmadi addımlar atılmaqdadır. Keçən il ərzində ölkə daxili yarışlarda Pirallahı idmançıları 32 qızıl, 34 gümüş və 28 bürünc medal qazanmışlar. Xatırladaq ki, noyabr ayının 21 - 22-də Moldovanın Kişinyov şəhərində baş tutmuş qarışıq döyüş növləri üzrə Dünya birinciliyində qızıl medal qazanmış idmançılardan biri də Pirallahı rayonunu təmsil edən Mərdan Vəliyev olmuşdur.
   Növbəti uğura Pirallahı idmançıları 23-24 yanvar 2016-cı il tarixlərində Milli Aviasiya Akademiyasının idman kompleksində keçirilən Koşiki Kontakt Karate-do üzrə Azərbaycan çempionatında imza atdılar. Yeniyetmə və gənclər arasında təşkil olunmuş yarışlarda müxtəlif çəki və yaş qruplarında ölkəmizin ayrı-ayrı bölgələrindən 200-ə yaxın idmançı təmsil olunurdu. Həmin yarışa 25 nəfərdən ibarət olan Pirallahı rayonunun "Neftci" İdman klubunun idmançıları da qatılmış və yüksək nəticə əldə etmişdilər.  Bu mötəbər turnirdə Pirallahı rayonunu təmsil edən idmançılar 18 medal qazanaraq, 1-ci, 2-ci və 3-cü yerlərə  layiq görülmüşlər. Turnirin yekunlarına əsasən qaliblərə Azərbaycan Karate Federasiyası tərəfindən medal və mükafatlar təqdim olundu.
    İdmançılarımızı qələbə münasibətilə təbrik edirik!
Keçidlər