Pirallahı rayonunda 2 fevral – Gənclər Günü qeyd olundu
02 fevral 2016 | 11:00
2 fevral – Gənclər Günü münasibətilə Pirallahı rayonunun bütün ümumtəhsil müəssisələrində silsilə tədbirlər təşkil olundu. Tədbirlərdə Pirallahı RİH-in əməkdaşları, ümumtəhsil müəssisələrinin müəllim heyəti, uşaqlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbirlərdə çıxış edən Pirallahı RİH-in məsul əməkdaşı Seymur Yusibov, Pirallahı rayon Ağsaqqallar şurasının sədri Fazil Məhəmmədov, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Aytən Əliyeva və 186 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən dövlət gənclər siyasətinin tarixindən və uğurlarından danışaraq, Azərbaycanda yüksək dövlət qayğısı ilə əhatə olunan vətənpərvər, yetkin və intellektual gənc nəslin formalaşmasından, onların ölkəmizin siyasi, sosial-iqtisadi və mədəni həyatındakı rolundan, inkişafları üçün hərtərəfli şəraitin yaradılmasından bəhs etdilər. Diqqətə çatdırıldı ki, 2003-cü ildən sonra Azərbaycanda gənclər siyasətini daha da şaxələndirərək, yeni verilmiş qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəldən Prezident İlham Əliyevin fəaliyyəti sayəsində 2005-ci ildə «Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009-ci illərdə)», «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı», «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramı qəbul edildi, 2007-ci il ölkədə «Gənclər ili» elan edildi, həmçinin, gənclərin hərtərəfli inkişafı üçün Gənclər Mərkəzi, Gənclər Fondu, Gənclər Evi və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsində Gənclərlə iş sektoru yaradılaraq, “Gənclər üçün Prezident Mükafatı” təsis edildi. Bundan başqa, Prezident İlham Əliyev Azərbaycan gəncliyinin perspektiv inkişafı baxımından strateji əhəmiyyət kəsb edən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır.
Sonda məktəblilər tərəfindən hazırlanmış bədii kompozisiyalar tədbir iştirakçıları tərəfindən böyük maraqla izlənildi.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2 fevral 1996-cı il tarixdə Azərbaycanda ilk dəfə Gənclər Forumu keçirilmişdir. Bu tarixdən başlayaraq Azərbaycanda 2 fevral "Gənclər günü" kimi qeyd edilir.