Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında “2 Fevral - Azərbaycan Gənclər Günü” qeyd edildi
03 fevral 2016 | 11:00
02 fevral 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında “Gənclər Günü” qeyd edildi.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Manaf Manafov “2 Fevral Azərbaycan Gənclər Günü”nün əhəmiyyətindən danışaraq, bu günün Ulu Öndərimiz tərəfindən gənclərə hədiyyə edildiyini diqqətə çatdırdı. Gənclər, İdman və Turizm nazirliklərinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, 5 dövlət proqramının qəbulu, “Dövlət gənclər siyasəti haqqında” fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısı idi. Bildirildi ki, bu gün əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev ölkə başçısı tərəfindən gənclər siyasətinə qiymət verildiyini vurğulayaraq, dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqənin cəmiyyətin avanqard qüvvəsinə çevrildiyini qeyd etdi. Nardarandakı hadisələri, xüsusən oradakı bəzi gənclərin dini radikalizmin təsiri altına düşməsini, cinayət törətdiklərini pislədi. Bildirdi ki, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında öz aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.
Çıxış edən gənclər göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə edərək, gələcəkdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə obyektiv çatdırılması istiqamətində əllərindən gələni əsirgəməyəcəklərini vurğuladılar.