Pirallahı rayonunun siması günü-gündən gözəlləşir
10 fevral 2016 | 11:00
Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirəcək körpüdə dəmir-beton konstruksiya işləri tamamlanmış, asfaltlamaq üçün hazırlıq işləri gedir. Rayonun Baş planının hazırlanması istiqamətində görülən işlər yekunlaşmış, Baş planın müxtəlif nazirlik və komitələrlə razılaşdırılması prosesi başa çatdırılmışdır. İnzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binasının və Heydər Əliyev Mərkəzinin tikintisi davam edir. YAP Pirallahı rayon Təşkilatı üçün tikilən yeni inzibati binanın birinci mərtəbəsinin inşası davam etdirilir. Səməd Vurğun küçəsində yol qovşağının yaxınlığında 75 m uzunluğunda, 6 m hündürlüyündə mişar daşı və beton konstruksiya ilə yeni hasar tikilmişdir. Eyni zamanda Səməd Vurğun küçəsinin sonunda yolun genişləndirilməsi və asfaltlama işləri aparılır. Gənclər mərkəzinin tikintisi üçün ayrılmış ərazidə hasara alınma işləri gedir. Səməd Vurğun küçəsində yolun qıraq hissəsinə səki daşları düzülmüş, 585 kvadrat metr ərazidə asfaltlama işləri aparılmışdır. Təmir olunmuş binaların ətrafında və 28-ci məhəllədəki dairənin yanında ümumilikdə 4400 kvadrat metr ərazidə asfaltlama işləri artıq tamamlanmışdır. «Nümunəvi Həyətlər» layihəsi çərçivəsində aparılan işlər Kamil Rzayev küçəsində davam etdirilir. Davamlı olaraq rayonun idarə, müəssisə və təşkilatlarının iştirakı ilə ümumrayon iməcilikləri keçirilir. Fasad hissələri təmir olunan 24 yaşayış binasından 23-də işlər tamamlanıb, bir binada təmirə başlanılıb. 10 və 4 nömrəli binaların fasadları milli ornamentlərlə artıq bəzədilib.
Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd 140 və 100 yerlik körpələr evi-uşaq bağçasının inşaat işləri davam etdirilir. Artıq 140 yerlik körpələr evi-uşaq bağçasının dam örtüyü vurulub, binanın daxilində boya, bəzək işləri tamamlanmaq üzrədir. Tikilən uşaq bağçası ilə qonşuluqdakı S.Bağırov küçəsində ərazi təmizlənərək abadlaşdırılır.
“Abşeronneft” NQÇİ-nin “Rezervuarlar Parkı”nın tikintisində artıq ümumi tutumu 300 min tonluq 24 çən quraşdırılıb və köçürülmə üçün hazırlıq işləri gedir. Çirkli ərazilər tullantılardan təmizlənərək abadlıq işləri görülür və yaşıllıqlar salınır. Ay ərzində rayon ərazisində 1000-ə qədər müxtəlif növ ağac əkilmiş, əvvəllər salınan yaşıllıqlara qulluq göstərilmiş, quruyan ağaclar yeniləri ilə əvəz edilmişdir.