Şriftin ölçüsü :

Saytın rəngi :

"Narkomaniya ümumbəşəri bəladır" və "Yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntuları" mövzularında tədbir keçirildi

11 fevral 2016 | 11:00
   10 fevral 2016-cı il tarixdə "Narkomaniya ümumbəşəri bəladır" və "Yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntuları" mövzularında tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin əməkdaşları,  təhsil, səhiyyə müəssisələrinin nümayəndələri və məktəblilər iştirak etdilər.
   186 №-li tam orta məktəbin akt zalında təşkil olunan tədbirdə məktəblilərə narkotiklərin zərərləri haqqında ətraflı məlumat verildi. RİH əməkdaşları, Daxili İşlər Nazirliyinin nümayəndələri və tibb mütəxəssisləri gənclərin siqaret, alkoqollu içki və narkotiklərdən istifadəsi zamanı insan orqanizminə vurduğu zərərli təsirlər, onun törətdiyi ağır fəsadlar, narkomanların erkən aşkar olunması və müalicə profilaktikası istiqamətində görülən işlər haqqında tədbir iştirakçılarını maarifləndirdi.  Diqqətə çatdırıldı ki, Azərbaycan dövləti narkomaniyaya qarşı  ciddi şəkildə mübarizə aparır, onun yaratdığı problemlərin aradan qaldırılması istiqamətində ölkəmizdə müxtəlif işlər görülür. Çıxışlarda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin narkomanlığa və narkotik  maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək imzalamış olduğu Fərmanlar xüsusi olaraq qeyd edildi.
   Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri öz  çıxışları zamanı narkomaniya ilə mübarizədə bütünlükdə dövlətin, cəmiyyətin və nəhayət hər birimizin üzərinə düşən məsuliyyətin vacibliyini xüsusi vurğuladılar.
   Mövzuya dair nümayiş etdirilən videoçarxdan sonra məktəbliləri maraqlandıran suallar cavablandırıldı.
Keçidlər