Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilər arasında şahmat üzrə rayon birinciliyi keçirildi

12 fevral 2016 | 11:00
    12 fevral 2016-cı il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə 186 nömrəli tam orta məktəbdə şahmat üzrə orta ümumtəhsil məktəbləri arasında rayon birinciliyi  keçirildi.
Turnirdə müxtəlif yaş qruplarından olan 30-a yaxın şagird mübarizə aparıb. Yarışmada Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon məktəblərinin müəllim heyəti və  şagirdlər iştirak etdilər.
  Hər məktəbdən 6 nəfərin şahmat üzrə təmsil olunduğu turnirin keçirilməsində əsas məqsəd Pirallahı rayonunda damanın və şahmatın inkişaf etdirilməsi və  oyunçuların oyun təcrübəsinin artırılmasıdır.
    5 məktəbin iştirak etdiyi yarışın yekun nəticəsinə görə birinci yerə  235 nömrəli, ikinci yerə 168 nömrəli, üçüncü yerə  isə 186 nömrəli tam orta məktəblərin komandaları layiq görülmüşlər.
Keçidlər