Pirallahı məktəbliləri arasında futbol turnirinə start verildi
17 fevral 2016 | 11:00
Pirallahı rayonunda idmanın inkişaf etdirilməsi, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi məqsədi ilə Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif idman növləri üzrə yeniyetmələr və gənclər arasında yarışlar təşkil olunur. Qeyd edək ki, məktəblilər arasında şahmat və karate üzrə rayon birincilikləri keçirilmişdir.
Növbəti idman yarışı 16 fevral 2016-cı il tarixində Pirallahı məktəbliləri arasında keçirilən futbol üzrə rayon birinciliyi oldu. AFFA və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə Pirallahı rayonu üzrə 7-ci sinif şagirdləri arasında yarışlara start verilmişdir. Yarışlarda rayonun 186, 235, 243, 168 və 231 №-li tam orta məktəblərinin futbol komandaları öz qüvvələrini sınadılar.
Pirallahı rayonundakı 186 №-li məktəbin həyətində qurulmuş süni örtüklü idman meydançasında keçirilən yarışların nəticələrinə görə final mərhələsinə 168 və 235 nömrəli məktəblərin komandaları çıxdılar.
Qeyd edək ki, Azərbaycanda futbol sahəsində həyata keçirilən dövlət siyasəti və futbol infrastrukturunun müasir tələblər səviyyəsinə yüksəldilməsi gənclərin futbola olan marağını artırır.